Öldürən sadəcə COVİD-19 deyil – Kistoz fibroz xəstəliyindən əziyyət çəkən uşaqlar dilə gəldi

  • 14.05.2020, 11:28,
  • Səhiyyə
  • Baxılıb: 277
Öldürən sadəcə COVİD-19 deyil – Kistoz fibroz xəstəliyindən əziyyət çəkən uşaqlar dilə gəldi


Valideyinlərin səsinə səs verən olmayınca xəstə uşaqlar özləri dilə gəlib, dərmanlarının təmin olunması üçün dövlətdən kömək istədilər.

Vidioçarxda da göründüyü kimi xəstəlikləri səbəbilə azyaşlı olan bu uşaqlar indidən ölümün, yaşamağın nə demək olduğunu bilirlər. Vaxtından əvvəl həyatla mubarizə aparmağa məcbur olan bu balaların yaşamaq üçün müəyyən dərmanlara ehtiyacları var. Lakin həm dərmanların hamısının ölkəmizdə olmaması, həm də olan dərmanların yetərincə baha olması valideyinlərin əl-qolunu bağlıyır.

Hər bir vətəndaşa, dövlət xadimlərinə, müğənnilərə, sənətkarlara, aktyorlara, hökümət və qeyri hökümət orqanlarına bu uşaqlara qulaq asıb səslərinə səs verməyinizi xahiş edirik.

Səsimizə səs verib bizə dəstək olduğu üçün AZƏRİN xanıma təşəkkür edirik.


Şou Biznes