Xaçmazda dəhşətli qətl — Kürəkən qayınata və qayınanasını güllələyib
- 18.09.2020, 11:23,
- Kriminal
- Baxılıb: 302
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər saatlarında Xaçmazın Ləcət kəndində dəhşətli qətl baş verib.
Apa xəbər verir ki, kənd sakini, 46 yaşlı Rəhman Osmanov ov tüfəngi ilə qayınanası və qayınatasını güllələyib. Aldığı xəsarətdən qayınanası, 57 yaşlı Sona Yunusova yerindəcə ölüb, qayınatası Beykəs Yunusov isə Xudat şəhər xəstəxanasının təcili yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun da həyatını xilas etmək mümkün olmayıb.
R. Osmanov artıq şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.