Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi — FOTO

  • 07.07.2020, 11:22,
  • Kriminal
  • Baxılıb: 234
Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi — FOTO


Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.
 
“Report” xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.
 
“Koronavirus BSU-dan da yan kecmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok içində. Hamı kədər içində. Mən ilk dəfə rektorumu belə dərd içində, "necə bir gəlini itirdik", - deyə için-için ağlayan gördüm. Çox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Heç özümə yer tapa bilmirəm!”, - deyə prorektor əlavə edib.

Şou Biznes