Xaçmaz rayonunda gəlinini yaba ilə qətlə yetirən Məlikməmməd Adğözəlovun cinayət işi. İttihama görə, Məlikməmməd Adgözəlov 2016-cı iyulunda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evinin həyətində əlindəki yaba ilə mal-qaraya yem verdiyi zaman oğlu Elsevər Adgözəlovdan bir neçə il əvvəl boşanan, lakin məhkəmənin qərarı ilə bir evdə yaşadığı keçmiş gəlini Rəmziyyə Abdurahmanova 9 yaşlı oğlu Muradla evə gəlib.
Keçmiş gəlini taksidən düşüb və həyətin darvazasını döyərək M.Adgözəlovu təhqir edib. Təhqirə səbəb isə qapının gec açılması olub. M.Adgözəlov qapını açdıqdan sonra keçmiş gəlini ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə başlayıblar. Mübahisənin davamında M.Adgözəlov keçmiş gəlinin başına yaba ilə bir neçə dəfə vuraraq yerə yıxıb və iki əli ilə onu boğaraq öldürüb.
M.Adgözəlov ifadəsində bildirib ki, keçmiş gəlini oğlundan rəsmi surətdə boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməklə ailəsinin nüfuzuna xələl gətirib, nəvələrini döyüb incitməklə ona mənəvi əzab verib, ailəsinin ünvanına tez-tez nalayiq söyüşlər işlədib.
M.Adgözəlov ifadəsində deyib ki, arvadı, oğlu və yeni gəlini ilə birlikdə kənddəki evlərindı yaşayıblar. Keçmiş gəlini də eyni evdə bir otaqda yaşayırmış. Oğlu ilə keçmiş gəlinin nikahından 3 uşaqları olub.
“2001-də evlənmişdilər. Rəmziyə əxlaqsız hərəkətlər etdiyi üçün oğlumla aralarında münaqişə başladı. 2009-da Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə münasibətdə olanda tutdu və boşandılar. Məhkəmə uşaqlar körpə olduğu üçün mənim evində yaşamaları ilə bağlı qərar verdi. Amma o, yenə də əxlaqsız hərəkətlərindən əl çəkmədi. Onun pozğun həyat tərzi bütün kəndə bəlli oldu. Uşaqlar məktəbə gedəndə sinif yoldaşaları onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər”- deyən M.Adğözəlov ifadəsində bildirib.
M.Adgözəlov istintaqa hadisə baş verən günü bunları deyib:
“Həmin gün Rəmziyyə darvazanı döyüb itələməyə başladı. Dayan açıram dedim. “Evində fahişə saxlayan, tez ol, aç qapını” deyib qışqırdı. Məni təhqir eləməyə başladı. Bu söyüşlərdən qəzəblənərək başına yaba ilə vurdum. Ayağa qalxıb yenə məni söyərək küçəyə qaçdı. Arxasınca gedərək ikinci dəfə başından vurdum. Qaçmağa davam elədi. Çatıb bir də vuranda yaba qırıldı. İki əlimlə tutaraq boğmağa başladım. Sonra qonşular polisə xəbər verdi”.
Hadisə barədə daha ətraflı videonun 15:00 dəqiqəsindən baxa bilərsiz.