Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA bildirir ki, Bakının Binəqədi rayonu ərazisində qeydə alınmış avtoqəza zamanı avtomobil beton maneələrə çırpılıb.
Bildirilib ki, yolda gedən təmir işləri ilə əlaqədar Sumqayıt istiqamətində arakəsmə olaraq beton maneələr düzülüb. Bu vaxt həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq həmin maneələrə çırpılıb. Avtomobil daha sonra aşıb.
Hadisə nəticəsində sürücü - 1993-cü il təvəllüdlü Baxışlı İlkin Bəykişi oğlu, Qurbanov Tural Səməndər oğlu və 1999-cu il təvəllüdlü Cəlilov Sadiq Seyhun oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Xəstəxanın həkimlərinin verdiyi məlumata görə, S.Cəlilovun vəziyyəti çox ağırdır.
Hadisənin təfərrüatları araşdırılır. Şahidlərin bildirdiyinə görə, bu, son bir sutkada eyni ünvanda baş vermiş ikinci hadisədir.
Qeyd edək ki, qəza nəticəsində yanacaq dağıldığından FHN-in yanğınsöndürənləri də əraziyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.