Montellaya Türkiyə vətəndaşlığı veriləcək
- 05.09.2025, 09:46,
- İdman
- Baxılıb: 25
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Gürcüstanla oyundan (3:2) sonra maraqlı açıqlama verib.
O, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.
“Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik”, - deyə İ. Hacıosmanoğlu əlavə edib.
Qeyd edək ki, italyan məşqçi 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.