"Qarabağ"ın pley-off mərhələsində İLK OYUNU
- 19.08.2025, 09:34,
- İdman
- Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa bu gün çıxacaq.
"köhlən atlar" Macarıstanda "Ferentsvaroş"un qonağı olacaq.
Qarşılaşma "Ferentsvaroş" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhləsinə qatılacaq.