"Hazırkı vəziyyət bu sahədə də problemlər yaradır" - VİDEO
- 14.09.2020, 14:28,
- İdman
- Baxılıb: 421
Facebook
Вконтакте
Одноклассники
Google+
Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi idmanda da inkişaf hiss olunacaq dərəcədə sürətlənib. İstər infrastruktur baxımından, istərsə də idmançıların uğurları buna misal ola bilər. İdmançılarımız hər tərəfli dövlət qayğısı ilə əhatə olunub. Onların öhdəsinə düşən isə bu növü ilə məşğul olmaq istəyənlər üçün hər şərait yaradılıb. Boksun olimpiya idman növü olması uşaqları və yeniyetmələri daha da həvəsləndirir.
Pandemiya səbəbi ilə bütün sahələrdə olduğu kimi idmanda da durğunluq yaranıb. Bu hal isə idmançıların formadan düşməsi ilə nəticələnir. Karantin qaydalarına uyğun olaraq idman zalları bağlanıb. Məşqlər açıq havada keçirilir. İdmançılar təlim məşq topnışları keçirə bilmirlər.
Hazırkı durumu və ümumiyyətlə boksçuların məşq prosesini öyrənmək üçün Kişi boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nəriman Abdullayevlə fikir mübadiləsi apardıq. Nəriman Abdullayevin müsahibəsini sizə təqdim edirik.
Boks ölkəmizdə kifayət qədər kütləvi və sevilən idman növüdür. Sizcə, bu nə ilə bağlıdır?
- Boksçularımızın qələbələri uşaqları və yeniyetmələri idmanın bu növü ilə məşğul olmağa həvəsləndirir. İstər ekran qarşısından əyləşən, istərsə də birbaşa tribunalardan yarışları izləyənlərdə boksa maraq yaranır. Boksun kütləviləşməsində yığma komandamızın Olimpiadalarda qazandığı medalların da rolu böyükdür. Boks Federasiyasının əsas məqsədlərindən bir də iştirak etdiyimiz Olimpiadalarda medallar qazanmaqdır.
Gənc boksçuların hazırlanması üçün hansı işlər görülür?
- Bu iş də dövlət tərəfindən bizə hər tərəfli yardım göstərilir. Amma hazırkı vəziyyət bu sahədə də problemlər törədir. Pandemiya bitdikdən sonra biz yenidən gənc boksçuların hazırlanması ilə ciddi məşğul olacağıq. Onların özlərini yaxşı tərəfdən göstərmələri üçün yarışlarda iştiraklarını da təşkil edəcəyik.
Pandemiya səbəbi ilə ertələnmiş Tokio-2020 hazırlıq necə gedir?
- Düzdür Olimpiada təxirə salındı ancaq bu müvəqqətidir. Bu dəfəki möhtəbər yarışlar tamaşaçılarsız keçiriləcək. Digər idman növlərində olduğu kimi boksda da iştirakçılar hazırlıqlarını davam etdirirlər. Pandemiya ilə bağlı olaraq bəzi problemlər var. İdmançılar təlim məşq toplanışı keçirə bilmirlər, həmçinin yeni tətbiq edilən qaydalara uyğun olaraq məşqləri açıq havada keçirlər.
Millinin üzvü Məhəmmədrəsul Məcidovun peşəkar boksla məşğul olacağı haqqında xəbərlər yayılıb. Sizcə, o peşəkar boksda uğurlu ola biləcəkmi?
- Məhəmmədrəsul Məcidovun uğurları çoxdur. O, üç qat dünya çempionu olub və bir sıra vacib qələbələr qazanıb. Mən güman edirəm ki, Məhəmmədrəsulun peşəkar boks karyerası da uğurlu alınacaq.
Sizin dövrünüzdəki boksla indiki arasında hansı fərqlər var. Qayda dəyişikliklərini necə qiymətləndirirsiniz?
- Bizim vaxtımızda yığma komandanın tərkibinə düşmək çox çətin idi. O vaxtlar biz SSRİ yığmasına düşmək uğrunda mübarizə aparırdıq. Bu da çox çətinliklər bahasına başa gəlirdi. Müasir dövrdə isə Avropa arenalarına çıxmaq daha asandır. Amma ölkədən xaricdə uğurlu olmaq hər idmançıya nəsib olmur. İndiki qaydaların öz çətinlikləri var. Bizim idman növü elədir ki, burada hakimlərin qərarlarından çox şey asılıdır. Ola bilər ki, boksçu daha yaxşı döyüşsün ancaq qələbə onun rəqibinə verilsin. Boksda bu kimi hallar çox olur.