İnsan vaxtından əvvəl niyə ölür? — SƏBƏBLƏR
- 13.02.2020, 10:27,
- İdman
- Baxılıb: 414
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Con Xopkins Universitetinin mütəxəssislərinin gəldiyi qənaətə görə, daha fəal fiziki aktivlik vaxtından əvvəl ölümün qarşısını alan əsas amillərdən biridir.
C.Xopkins Universiteti bununla bağlı uzunmüddətli bir araşdırma həyata keçirib. Araşdırmaya 548 yaşlı insan cəlb edilib. Araşdırma 2007-ci ildən 2015-ci ilədək davam edib. Prosesə cəlb edilən 548 insan monitorlar vasitəsi ilə izlənilib. Mütəxəssislər fiziki aktivliyin ömrün uzanması və ölümün qarşısının alınmasında heç bir əlaqəsini tapa bilməyiblər. Lakin gün ərzində daha çox fiziki aktiv olan və məşq edən insanların daha az fiziki aktiv olan insanlardan uzun ömür yaşaması bəlli olub.
Yəni passiv insanların daha tez xəstələnməsi və yaxud da sağlamlığına ciddi təhlükələrin çıxdığı bəlli olub.
Aparılan araşdırma nəticəsində 548 nəfərdən 61-i 2017-ci ilin sonunadək ölüb, 487-si isə sağ qalıb. Sağ qalanların gün ərzində orta hesabla 5,7 saat, ölənlərin isə gün ərzində 4,7 saat məşq edən insanlar olub. İnsanın ölümündə yaş həddi, insanın cinsi, çəkisi, xəstəliyin təsiri kimi digər amillər az rol oyandığı ortaya çıxıb. Odur ki, yaşlı insanların davamlı fiziki aktiv fəaliyyətlə məşğul olması insan ömrünü uzadan amildir.