Həbibin növbəti döyüşü karantinə görə TƏXİRƏ SALINIR
- 03.04.2020, 16:24,
- İdman
- Baxılıb: 453
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov Rusiya Federasiyasının səfər etməyə icazə verdiyi təqdirdə, amerikalı Tony Ferquson ilə aprelin 18-i döyüşməyə hazır olduğunu açıqlayıb.
Xatırladaq ki, Nurməhəmmədov və Ferquson arasındakı döyüş, aprelin ortalarında Bruklində keçiriləcək UFC 249 turnirinin əsas tədbiri olaraq planlaşdırılırdı. Aprelin 1-i Həbib, koronavirus pandemiyası ilə əlaqədar karantində qaldığını və döyüşünün ləğv olunduğunu bildirib.
ESPN-ə verdiyi müsahibəsində idmançı hər gün evdə məşq etdiyini deyib.
"İndi mən UFC-nin əsas ulduzlarından biriyəm, UFC çempionuyam, məğlubedilməzəm. Bu adi döyüş deyil. Döyüşün harada və nə vaxt keçiriləcəyini bilmirəm", - deyə o, bildirib.