Xəbər verdiyimiz kimi, Bakıda kran doqquzmərtəbəli yaşayış binasına düşüb. Ölkə.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində kranın sürücüsü dünyasını dəyişib.
Faktı Səhiyyə Nazirliyindən təsdiqləyiblər: Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub. Bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb.