Firudin İbrahimov: Prezident İlham Əliyevin rəhbərliyi ilə “Dövlət Proqramları”na uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır

  • 21.07.2020, 11:54,
  • Gündəm
  • Baxılıb: 413

Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır. 

Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Görkəmli dövlət xadiminin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratdı. Bu işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Yaxın keçmişimizi xatırlasaq, təsdiq edərik ki, bu gün üzərində rahatlıqla, xoş əhval-ruhiyyə ilə səfər etdiyimiz rahat yollar o vaxt heç də ürəkaçan deyildi. Kəndlərdən şəhərə gəlmək üçün çox əziyyətli bir yol qət etməli olurduq. Ancaq dövlətimiz müstəqillik əldə etdikdən sonra “Yol mədəniyyətdir” prinsipinə uyğun olaraq yol infrastrukturu yenidən qurulmağa başlanıldı. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına hesablanaraq qəbul edilən “Dövlət Proqramları”na uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır. Yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir. 

Doğurdan da, yol sahəsində çalışanların əməyini, zəhmətini sözlə ifadə etmək qeyri-mümkündür. İlin dörd fəslində-yayın istisində, qışın şaxtasında, çətinliyə sinə gərərək işlərinin ödəsindən ləyaqətlə gəlirlər. Bu gün qürurverici hallardan biri də odur ki, yol infrastrukturu sahəsində yetərincə yüksək ixtisaslı kadrlar formalaşdırılıb. Belə kadrlardan 32 saylı yol İstismar İdarəsinin rəisi Firudin İbrahimovun adını çəkə bilərik. Bir zamanlar yollarımızı xarici ölkələrdən gələn mütəxəssislər çəkirdilərsə, günümüzün reallığında bizim yüksək ixtisaslı kadrlarımız isə dünyanın bir sıra ölkələrində-yol infrastrukturunda çalışırlar. Ölkənin inkişafı, yüksəlişi, beynəlxalq aləmdə söz sahibi olması, təbii ki, onu idarə edənlərdən, yönəldənlərdən asılıdır. Hər kəs öz yerini aldıqda, hər kəs layiqli məqamında bərqərar olduqda yüksəlişdən, inkişafdan, mükəmməllikdən danışmaq olar. 

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Firudin İbrahimovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 32 saylı yol İstismar İdarəsinin rəisi Firudin İbrahimovdur.

32 saylı yol İstismar İdarəsinin rəisi Firudin İbrahimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Firudin İbrahimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Firudin İbrahimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Firudin İbrahimovdan danışdılar yaxşı ki, Firudin İbrahimov 32 saylı yol İstismar İdarəsinin rəisidir… Firudin İbrahimov öz isguzarlığı ilə tanınır və seçilir….

Firudin İbrahimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Firudin İbrahimovu heç vaxt əqidəsindən döndərə bilməz.

Firudin İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Firudin İbrahimov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Firudin İbrahimov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Firudin İbrahimovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Firudin İbrahimov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Firudin İbrahimov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 32 saylı yol İstismar İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Firudin İbrahimov özünü doğruldub. Bizdə hörmətli Firudin İbrahimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şou Biznes