ÖLÜMƏ FƏRMAN VERDİ





FƏRİDƏ SƏXAVƏTLİ.  
JURNALİST - ŞAİRƏ - PUBLİSİST.,
BƏDİİ QİRAƏTÇİ - RƏSSAM - TOXUCU.
  6 aprel. 2020. 56 yaşım tamam. Dogum günümü Təbrik edən bütün Dostlarıma Təşəkkür edirəm.
   FƏRİDƏ SƏXAVƏTLİNİN - HƏYAT HEKAYƏSİ.
    
     Rufullayeva Fəridə Şükür qızı 1964 - cü il də aprelin 6 da Sumqayıt şəhərində dogulmuşam.     
   Qarabaglıyam. Atam Agdamın 'Sarıhacılı ' kəndindən. Anam Şuşalı. Özüm isə Sumqayıtda dogulub. SUMQAYITDA yaşayıram. 
     Həyat yoldaşım. Mərhum Rufullayev Səxavət  Burcuəli oglu 1958 - ci ildə Yardımlı rayonun "Canaq - bulaq " kəndində dogulmuşdur. Həyat yoldaşım Səxavət,  Mürşüd qardaşımın əsgər yoldaşı olub. Vətəndən uzaqda ' Venqeriyada' əsgərlik xidmətlərini yerinə yetirmişlər.
     1979 cu ildə nişanllanııb, 1982 ci il də mayın 30 da ailə qurmuşuq. 

       1993 cü ilin iyunun 13 də həyat yoldaşım Səxavətin Xalası oglunun toyuna Masallıya, 'Yelagacı' kəndinə gedərkən Cəlilabad'ın 'Alar' kəndində agır yol qəzasına düçar olduq. Sanki, qardaşım bir mələk oldu məni bu həyatda saxladı. Özü isə bu dünyadan köçdü, Arxa, oturacaqda əyləşmişdim, qarşıda olan iki  oturacagın arasına düşdüm, qardaşımda rolda idi, o, isə mənim kürəyimə düşdü, sanki, bir mələk olub, məni qucaqlayıb, bütün qanı bürümüşdür məni, amma məndən bir qanda belə çıxmamışdı.             
   Altı bacının yeganə qardaşı. Mürşüd qardaşım dünyasını dəyişdi. Elə, həmin gecə saat 12.00. da bu həyata vida deyib gözlərini əbədi yumdu.  

 Yeriməkdən məhrumam. 1- ci qrup.  
   Maşın qəzasından sonra, 7 gün qaranlıq otaqda saxladıqdan sonra, əməliyyata götürüblər. Onurğa sütunundan 5 və 6 fəqərələrdən 12 saat yarıma, əməliyyat olmuşam. Elə, həmin gün də Həkim'lərin təkid'ilə evə  göndərilmişəm. Onsuz da sag qalmayacaq 10 dəqiqəyə keçinəcək demişlər. Ölüm adı ilə evə göndərildim.
 Həkimlər, ölümə fərman verdilər.
  Bilmədilər ki, ölümdədə məhəbbət varmış. 

    Ölüm adıyla evə göndərilmişəm.  3 ay koma da olmuşam. 3 aydan sonra, sanki, pəncərədən böyük bir ilan atılıb üstümə, mən isə komadan belə ayılmışam.  1 il əllərim işləməyib, gecənin bir aləmində, istilik sistemindən ev yanarkən, əllərim açılıb.
      Allahıma minnətdaram, şükürlər olsun. 7 il isə arxası üstə çarpayıda qalmışam, bir müqqava kimi. Buna, baxmayaraq saglam bir qadınam.
     Otuz il Səxavətlə xoşbəxt həyat yaşadıq, 10 il saglam Qadını. 20 il isə əlil, şikəst olsamda belə məni sevə - sevə, əzizləyə - əzizləyə saxladı. Özdə necə,,,
   Allah Səxavətə rəhmət eləsin. Məkanı cənnət olsun,  8 ildir ki, dünyasını dəyişib.
       Bu gün həyatda yaşayıb yaradıramsa bütün qazandıgım ugurlar, nailiyyətlər Səxavətin ugurudur.
     27  illik , əlillik həyatım.   
             
   1 ) AZƏRBAYCAN Respublikası 
           " Dostluq Məşəli "
        İctimai- siyasi hüquq qəzeti 
             Şöbə Müdiri. 
   2 )  Azərbaycan Respublikası 
         " Dostluq məşəli Qəzetin MMC
          ƏLİLLƏR Təşkilatının 
                    RƏHBƏRİ. 
   3 )  Azərbaycan Respublikası 
                   MƏRHƏMƏT 
        Kimsəsizlərə yardım İctimai Birliyi 
            Sumqayıt şəhər şöbəsinin 
                       SƏDRİ.
  4 ) Azərbaycan Respublikası.
      Sumqayıt Əlil Qadınlar Cəmiyyətin
           XÜSUSİ MÜXBİRİ.

     İncəsənətin kətan üzərində toxuma və 'Təkəlduz ' növü ilə məşgul oluram. Dəfələrlə yaradıcılıq sərgilərində iştirak etmişəm. Müxtəlif diplom, fəxr fərmanlar və mükafatlara layiq görülmüşəm. 
 ' Yeni Azərbaycan Partiyasının' üzviyəm. 
  'ASKEF' Türk Dünyası Şiir Seçkisi Avrasiya Sanat Kültür Edebiyyat və Bilim Federasyyonu. Kültür yayınlar. ' ŞİİR SEÇKİSİ ' 7 - 8. ' ŞİİR SEÇKİSİ ' 10 - 11.
   ANASAN. SUMQAYIT -- AZƏRBAYCAN. TƏMSİLÇİSİ.
   Anadolu Sanatçı, Şair, Yazar, Ozan ve Bilim Adamları Birligi'nin Sumqayıt -- Azərbaycan Təmsilçisi.
      ' XARI BÜLBÜL ' ANTOLOGİYA.
 2019.  ' İLİN  ŞAİRƏSİ. '
2018. 'ƏSRİN' İntellektual  Ziyalı Xanımı.' 
2017. ' İLİN ' İntellektual Ziyalı Xanımı. 
2018. Dama oynunda 1 ci yer  Sumqayıt üzrə,   'XALQ ZİYALISI,'  'QIZIL QƏLƏM,' LAURATI.  'QIZIL ƏLLƏR,' qeyri qabiliyyətimə görə dəfələrlə ' Qızıl Əllər' Diplomu ilə təltif olunmuşam.
 'DƏRİN ZƏKA SAHİBİ,' ' MÖHTƏŞƏM AZƏRBAYCAN,' 'AZƏRBAYCAN DÜNYAM MƏNİM,'  adını qeyd etmədiyim 50 yə yaxın, fəxri fərman və diplomlarla təltif olunmuşam. 

ŞAİRƏYƏM -- 8 kitab müəllifiyəm. 9 cu kitabım nəşriyatdadır. 'Yaşat məni özün kimi.' 'Səxavətli günlərim,'  'Səxavətli Fəridənin qəmli dünyası,'  'İki damla göz yaşı,'  'Mələklərə qovuşdu,'  'Sehirli 
   səsin qanadında,'  'Anasız Dünyam,'  Şəhidlər ölmür, ürəklərdə yaşayır,'  və  'Şəhidlər zirvəsinə ucalan zabit,'
      Yeddinci və səkkizinci kitablarım torpaqlarımız ugrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, nakam və şərəfli ömür yoluna həsr olunmuş Şəhidləri qanımda, canımda yaşatdım. 

            Şəhidlər - Canımız, Qanımız, 
             Üç Rəngli --  Bayragız !
                           Fəridə  Səxavətli.


 Bu münasibət ilə Beynelxalqinformasiyaagentliyi.az, kanalim14.tv, 102xeber.com və “Məxfi Fikir” qəzetinin Təsisçi və baş redaktoru Ruslan Həsənov  Fəridə xanım Rufullayevanı təbrik edir, uzun ömür can sağlığı arzulayır
Şou Biznes