MİDA: 204 güzəştli mənzil rəsmiləşdirilib
- 11.02.2020, 09:56,
- Cəmiyyət
- Baxılıb: 491
Facebook
Вконтакте
Одноклассники
Google+
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində 2019-cu il dekabrın 25-də “Elektron hökumət” portalı (“www.e-gov.az”) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 248 mənzildən 204-nün alqı-satqısı uğurla başa çatdırılıb.
MİDA-dan verilən məlumata görə, həmin mənzillərdən 9-u ötən il dekabrın 27-də mənzili gözləmə qaydasında birinci sırada seçmiş şəxslər tərəfindən əldə olunub. Hazırda qalan mənzillərin satışının rəsmiləşdirilməsi Qaydalara uyğun olaraq davam etdirilir.
Güzəştli şərtlərlə əldə edilmiş 204 mənzildən 35-i 1 otaqlı, 102-si 2 otaqlı, 67-si isə 3 otaqlıdır. Mənzilə sahib olmuş vətəndaşlardan 44-ü mənzili öz vəsaiti hesabına, 160-ı isə güzəştli ipoteka krediti hesabına əldə edib.