Tofiq Hüseynov: Qurban bayramı həm ruzi, həm mərhəmət bayramıdır

Müqəddəs Qurban bayramı insanları birliyə, mərhəmətə, paylaşmağa çağıran ən ali mənəvi dəyərləri özündə birləşdirən bir gündür. Bu bayram, sadəcə bir dini ritual deyil, həm də Vətənə, ailəyə, cəmiyyətə və insanlığa xidmətin, fədakarlığın və qəlb təmizliyinin simvoludur. Bu ali dəyərləri illərlə öz fəaliyyətində və həyat yolunda yaşadan şəxslərdən biri də “Sumqayıt Çörək” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Tofiq Hüseynovdur.

Tofiq Hüseynov illərdir ki, həm çörək istehsalı sahəsində göstərdiyi peşəkarlıqla, həm də sosial məsuliyyət sahəsindəki fəal iştirakı ilə Sumqayıt şəhərində və ətraf bölgələrdə böyük rəğbət qazanmış nüfuzlu simalardan biridir. Onun rəhbərlik etdiyi müəssisə təkcə insanların gündəlik ruzi ehtiyacını qarşılayan bir istehsal müəssisəsi deyil, həm də sosial dəstəyə, humanizmə və xalqla bağlılığa xidmət edən bir ocaqdır.

Qurban bayramı ərəfəsində Tofiq müəllim və onun rəhbərlik etdiyi kollektivi hər il olduğu kimi bu il də şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə yardım kampaniyaları ilə çıxış edir. Çörək – xalqın ən müqəddəs ruzi simvolu olaraq, bu günlərdə yalnız süfrələri deyil, qəlbləri də isitmək üçün Tofiq müəllimin təşəbbüsü ilə paylanır. Onun üçün hər bir şəhid övladı, hər bir qazimiz, hər bir aztəminatlı insan dövlətimizin əmanətidir, vətəndaşlıq borcudur.

Tofiq Hüseynov bu bayramda da həm dövlətə sədaqəti, həm milli-mənəvi dəyərlərə hörməti ilə örnək olmağa davam edir. O, hesab edir ki, Qurban bayramı həm maddi yardımlaşma, həm də mənəvi yüksəliş üçün bir fürsətdir. İnsanın Allaha yaxınlaşması yalnız ibadətlə deyil, eyni zamanda insana sevgisi ilə də baş verir. Məhz bu səbəbdən o, bayram günlərində təkcə təşkilati işlərlə deyil, həm də insanlarla birbaşa təmasda olur, onların ehtiyac və qayğılarına biganə qalmır.

Tofiq Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərən “Sumqayıt Çörək” ASC, keyfiyyətli və sağlam məhsulları ilə gündəlik həyatımızın ayrılmaz parçasına çevrilmişdir. Burada çalışan əməkdaşların rifahı, istehsalın müasir texnologiyalar əsasında təşkili, və ən əsası, sosial məsuliyyət prinsiplərinə əsaslanan idarəçilik Tofiq müəllimin rəhbərlik fəlsəfəsinin ayrılmaz hissələridir.

Bu əziz və müqəddəs Qurban bayramı münasibətilə Tofiq Hüseynov öz kollektivini, Sumqayıt sakinlərini və bütün xalqımızı təbrik edərək hər kəsə sağlamlıq, ruzi-bərəkət, ailə səadəti və mənəvi ucalıq arzulayır. O bildirir ki, biz birlikdə, mərhəmət və sevgi ilə bu torpağı daha da ucalda bilərik. Qoy bayramda edilən dualar, kəsilən qurbanlar qəbul olsun, bütün evlərə bolluq və sevinc dolsun.

Qurban bayramınız mübarək, Azərbaycan!

Şou Biznes