Ziyəddin Quliyev: Qayğıkeş ana, mehriban həyat yoldaşı, xeyirxah insan



"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev   - “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”

Ulu Öndər Heydər Əliyev



Görkəmli oftamoloq alim, nəcib xüsusiyyətlərini özündə birləşdirən mərhum Zərifə Əliyevanın anım günüdür. Ulu öndər Heydər Əliyevin ömür gün yoldaşı və ən böyük dəstəkçisi Zərifə xanımın həkim olaraq xalqımızın qarşısında geniş miqyaslı xidmətləri olmuşdur. Ölkəmizdə tibb elminin oftalmologiya sahəsində həkim olaraq qazandığı nailiyyətlər və bu sahənin inkişafı məhz Zərifə xanımın adı ilə bağlıdır. Ali təhsilini tibb istiqamətində aldıqdan sonra məhz oftalmologiya sahəsi üzrə ixtisaslaşaraq, xəstəliklərin tədqiqinə böyük töhfə verib. Belə ki, peşə xəstəliklərini daim öz tədqiqatlarında əsas yer verərək, müxtəlif sahələrdə fəaliyyət göstərən işçilərin göz xəstəliklərin yaranma səbəblərini araşdırmış, xəstəliklərin törətdiyi fəsadlar və bu fəsadların aradan qaldırılmasının yollarını axtarmışdır.

Belə ki, keçən əsrin bəlasına çevrilmiş traxoma xəstəlik səbəbindən həyatın nurunu itirmək təhlükəsi ilə üz-üzə qalan xəstələrin köməyinə Zərifə xanım çatmışdır. Xüsusilə xəstəliklər onların yaranma səbəbləri geniş şəkildə tədqiq edilərək Traxoma infeksion xəstəliyi. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.

Bu xəstəliyə qarşı mübarizədə akademik Zərifə Əliyevanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində xəstəliyin fəsadlarının qısa müddətdə qarşısı alındı. Aparılan tədqiqatların nəticələri Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası əsasını təşkil etdi.

“Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olan Zərifə xanım 1977-ci ildə tibb elmləri doktoru oldu.
Ziyəddin Quliyev: Qayğıkeş ana, mehriban həyat yoldaşı, xeyirxah insan

Oftomologiya sahəsində aparılan genişmiqyaslı fəaliyyətinə görə Zərifə xanım 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk Azərbaycanlı qadın həkim olaraq, adını tarixə yazdırdı.

Bu sahədə həm də mütəxəssislərin hazırlanmasına böyük töhfə verib. Fəaliyyəti dövründə uşaq evlərində olan uşaqlara xüsusi qayğı və diqqətlə yanaşaraq onları müalicə edib. Fəaliyyəti dövründə daim gənc mütəxəssislərin təhsil və təcrübə kimi vacib məqamları diqqətdə saxlayan Zərifə xanım məhz bu gənclərin fəaliyyətinə dəstək olmaq məqsədilə “Yüksək etimad” adlı kitab yazdı. Kitabda həkimlik fəaliyyətinin vacibliyi, ölkəmizdə bu sahəyə olan tələbat, eləcə də peşəkar həkimlərin əsas kontorları göstərildi.

Zərifə xanımın oftomoloji sahədə apardığı tədqiqatlar, xəstəliklərin müalicə olunmasında göstərdiyi yüksək bacarıq nəticəsində Moskva oftalmoloji məktəbi onu "oftalmologiyanın mirvarisi" adlandırırdı. Dünya şöhrətli oftalmoloq akademik A.Nesterov Zərifə xanımın əməyini qedy edərək bildirmişdir: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi". Eləcə də, Zərifə xanımın sosial həssas təbəqədən olan şəxslərin müalicəsini daim ön planda saxlamasını qeyd edən akademik N.Puçkovskaya "Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır.

Geniş miqyaslı fəaliyyəti ilə birlikdə, qayğıkeş ana, mehriban həyat yoldaşı, xeyirxah insan olaraq Zərifə xanımın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Şou Biznes