Müşfiq Məmmədov: Azərbaycanın uğurlu siyasəti bütün hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir

Müşfiq Məmmədov: Azərbaycanın uğurlu siyasəti bütün hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir


Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov - Azərbaycan hərbi gücünü artırmaqla bölgədə sülhün qorunmasını təmin edir 30 ilə yaxın davam edən Ermənistan – Azərbaycan münaqişəsinin 44 günə həlli Azərbaycanın beynəlxalq aləmdə siyasi, iqtisadi, həmçinin hərbi gücünün nümayişi ilə yanaşı, tarixi ədalətin bərqərar olmasını təmin etdi. BMT –nin kagız üzərində qalan qətnamələrini Azərbaycan ordusu haqlı mövqeyi və rəşadəti ilə bərpa etmiş oldu. Əlbəttə bu məsələnin yalnız bir tərəfi, bəlkə də görünən tərəfidir. Məsələnin görünməyən tərəfləri isə siysi müstəvidə həllini tapmaqla yanaşı diplomatik əlaqələrlə hesablanmalı və hərbi gücə söykənməlidir. Preziden İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bir sıra mühüm amillərlə yanaşı sözügedən məsələyə də xüsusi diqqət çəkən cənab Prezident müharibənin 44 günün hər gününün təhlil edildiyini bildirdi. Cənab Prezident Azərbaycan ordusunun göstərdiyi şücaətdən danışmaqla yanaşı, müharibənin detallarının təhlil edildiyini və gələcəkdə ordu quruculugunun daha effektiv təşkil olunması üçün təhlillərdən nəticə çıxarılmasının vacibliyini vurguladı. Ölkə başçısı aparılan təhlilin nəticələrinin effektivliyindən bəhs edərkən yeni silahların, texnikanın alınmasını da diqqət önünə çəkdi. Cənab Prezident həmçinin bildirdi ki, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır ki, bu da ordumuzu daha da gücləndirəcək,daha da müasirləşdirəcək. Cənab Prezident vurguladı ki, müharibədən sonra yeni qoşun növü- Komando növü yaradılmışdır.Danılmaz faktdır ki , bu qoşun növü istənilən hərbi vəzifəni icra edə etmək imkanına malikdir. Keçirilən təlimlərdə artıq Komanda qoşun növünün hansı üstünlüklərə malik olması özünü əyanı göstərir. Təlimlərdə bu da aydın görünür ki, 44 günlük müharibədə işlənib hazırlanan döyüş taktikasını ugurla icra edən ordumuz, təkmilləşmiş sistem və daha müasir hərbi təchizata malik olması ilə qarşısındakı istənilən maneəni dəf edə biləcək. Məsələnin digər müsbət tərəfi də ondan ibarətdir ki, Azərbaycan dünyada sülhsevər ölkə kimi tanınır. Beynəlxalq konvensiyalara düzgün riayət edib və edir. Bu baxımdan Azərbaycan kimi sülsevər ölkənin güclü hərbi aresenala və hərbi gücə malik olması regionda sülhün qorunması üçün vacib amillərdəndir. 44 günlük müharibədən sonra dünyanın əksər dövlətlərinin ölkəmizlə hərbi əməkdaşlıq münasibətlərini daha da sıxlaşdırması deyilənlərə bariz nümunədir. Ordumuzun təlim və məşqlərdə çevik hərbi əməliyyətlar nümayiş etdirməsi, döyüş meydanı üçün kompleksləsmiş gücün movcudluguna işarədir. Yeni yaradılan qoşun növü, həmçinin, silahlı qüvvələrin müsir silah – sursatlarla təminatı Azərbaycanda modern ordunun formalaşması deməkdir. Azərbaycanın hərb sənayesinin son illər mükəmməl şəkildə inkişafı, bu sahənin rəqabət imkanlarının artması ölkəmizin daha bir uguru kimi dəyərləndirilə bilər. Ordumuzun silah- sursat təchizatının bir hissəsi kənardan alınırsa, müəyyən bir hissəsi daxili istesalın hesabına təmin edilir. Daxili təchizatla yanaşı İxracatda ugurlu nəticələrimizin olması, hərb sənayesinin inkişafının təsdiqidir. Beləliklə güclü orduya malik ölkəmiz siyasi iradəsi və diplomatik münasibətləri Azərbaycanı nəinki regionda,həmçinin dünyada qüdrətli dövlət kimi tanıdır. Dünyada baş verən son dövr münaqişə və əks münasibətlərin səngiməsi üçün Azərbaycanın barışıq missiyası, dövlətimizin beynəlxalq aləmdə hansı nüfuza sahib olması deməkdir. Təbii ki, bu cür qürurverici məqamlar və reallıqlar hər bir Azərbaycan vətəndaşının istəyincə olan şərtlərdir.
  • Нравится
  • 0
  • Fvrczx
  • 29-11-2022, 02:53
  • : 02:53
levofloxacin 250mg brand levofloxacin 250mg pills
действия
Şou Biznes