“NEAPOL” OTELINDƏ NƏLƏR BAŞ VERIR? – İDDİA

“NEAPOL” OTELINDƏ NƏLƏR BAŞ VERIR? – İDDİA


Baxmayaraq ki, Bakıda bir neçə əxlasızlıq yuvası aşkarlanaraq ifşa olunub, onlar haqqında qanunla müvafiq tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur. Bu cür obyektlərdən gələn bəlaların isə cəmiyyətdə hansı fəsadlar törətdiyi dəfələrlə müzakirə olunub. Belə ki bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən yayılmağa başlayır. Bu obyektlər isə hanısa məmurların himayəsində olur. 
Hələ uzaq zamanlarda ölkədə qonaq olanların, tacir-tücarrların gecələməsi üçün karvansaralar var idi.
 Sonralar adını dəyişərək qonaq evi, mehmanxana, lap sonralar isə otel oldu.
 Bizim Bakımızda da xeyli sayda məşhur İnturist, Abşeron kimi məşhur mehmanxanalar olub.
 Amma müstəqillik dönəmində kimin imkanı varsa mehmanxana, daha doğrusu, otel açmağa başladı.
 Əslində mehmanxanalar öz həqiqi təyinatını dəyişməyə, İrandan gələn mollalar üçün, Turandan gələn əfəndilər üçün ...xanaya çevrildilər.
 90-cı illərin əvvəlində kimin imkanı vardısa, balaca bir yer kirayələyib otelə çevirirdi. Bunu onsuz da hamı bilir. Heç gizlətməyə ehtiyac da yoxdur ki, bu otellərdə qadın alveri gedirdi. Sonradan dövlətimiz tədricən gücləndi, dövlət qurumları bu sahəyə nəzarət etməyə başladı. Amma...
 Bu gün də elə din xadimləri var ki, guya Allah qoymasa, otel açıblar, ancaq orada baş verənlərdən hamı xəbərdardır.
 Sözün qısası, bu gün də paytaxt Bakıda otel biznesi adı altında mentalitetimizə zidd və milli-mənəvi dəyərlərimizə uyğun olmayan əməllər baş verir.
 Redaksiyamıza daxil olan məlumata əsasən, otel adı altında “HƏRƏMXANA” sayılan “NEAPOL” oteli haqqında söz açacağam. “NEAPOL” otelində açıq-aşkar insan alveri ilə məşğul olurlar. Bunun üçün də otelə giriş etmək kifayət edir. Ondan sonrasını özünüz şahidi olacaqsınız ki, bu oteldə nə hoqqalardan çıxırlar. 
Bu otel Bakı — Sumqayıt şossesinin 14-cü km-də yerləşir. Bakı şəhərindən aralı – atalar məsəli var “gözdən uzaq, könüldən uzaq”.  
 Məlumat üçün qeyd edək ki, NEAPOL OTEL-i Qurban adlı şəxs idarə edir. Amma deyilənlərə görə himayədarı yüksək vəzifəli məmurdur. 
 Yaxşı, tutaq ki bu oteli kimsə himəyadarlıq edir, bəs hüquq-mühafizə orqanları hara baxır? Niyə bu otel haqqında ciddi tədbir görmürlər. Axı, biz demokratik, qanuni, müstəqil dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqları Konstitusyamızın qanunları ilə qorunur.  Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun.
 Otelin nümayəndəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, bizə cavab verən olmadı. 

 P.S. Hörmətli oxucular NEAPOL otelindən mənbənin verdiyi məlumatları daha sonra nəzərinizə çatdıracağıq. Bizi izləyin...

Planet.com.az 
  • Нравится
  • 0
Şou Biznes