Qara Abdullayev: Yaşasın Ali Baş Komandanımız İlham Əliyev və qalib ordumuz!
- 04.11.2021, 12:05,
- Cəmiyyət
- Baxılıb: 361
Facebook
Вконтакте
Одноклассники
Google+
Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə polis mayoru Qara Abdullayev - Ordum varsa yurdum var! Bəli, şanlı ordumuzun şanlı qələbəsi yurdumuzun ərazi bütövlüyünü bərpa etdi, sərhədlərini möhkəmlətdi.
27 sentyabrdan ordumuzun başlatdığı zəfər yürüşü qələbə ilə başa çatdı. Xalqının 30 illik arzusunu gerçək edən ordumuz Qalib Ordu adını qanı, canı bahasına qazandı.
Ali Baş Komandanımız cənab İlham Əliyevin orduya və eyni zamanda ordu quruculuğuna göstərdiyi diqqət, inam və etibar ordumuzun günü-gündən böyüməsinə, inkişafına, güclənməsinə təkan verdi.
Bu inama söykənərək hər il yüzlərlə şagird hərbi məktəblərdə təhsilini davam etdirir və əsl hərbçi olmağa çalışır. Qalib ordumuz tarix qarşısında və bugünümüzdə dünyada başımızı uca etdi. Ordumuz Ermənistan ordusunun illər boyu yad torpaqlarda puç bir missiya yerinə yetirdiyini sübut etdi və onu 44 gün ərzində xalqımızın Qarabağ savaşında tar-mar etdi. Ordumuz Qarabağı düşməndən azad etməklə 1988-ci ildən burada soydaşlarımızın terrorlara məruz qalmasından tutmuş 20 Yanvarda Bakıya sovet hərbi təcavüzünədək, Xocalı soyqırımından tutmuş ərazilərimizin 20 faizinin oda qalanmasınadək bütün faciə, itki və ağrılarımızın intiqamını düşmənlərdən almış oldu. Şanlı ordumuz tərəfindən ərazi bütövlüyümüzün bərpası eyni zamanda tarixi ədalətin bərpası idi. Haqq-ədalət uğrunda mübarizə aparan ordu mütləq qalib gəlməli idi. Həm də ona görə ki, uzun illər ərzində biz bu amalla yaşamışdıq. Prezident cənab İlham Əliyev uzun illər münaqişənin sülh yolu ilə həll olunmasına çalışsa da son dövrlərdə baş verən proseslər bunun mümkün olmadığını göstərdi. Cənab Prezident həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxışlarında həmişə münaqişənin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu dəfələrə bildirmişdi.
44 gün ərzində isə bu dərsi Şanlı Ordumuz tarix yazaraq verdi. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdilər. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi. Bütün dünya mediyası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışır. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənilir.İnanırıq ki, ordumuz daha da güclənəcək,vətənimizi daha da etibarlı əllərdə olduğunu bir daha əminliklə nümayiş etdirəcək. Yaşasın Ali Baş Komandanımız İlham Əliyev və qalib ordumuz!