Fuad Hacıyev: XALQLA DÖVLƏTİN HƏMRƏYLİYİ


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev  - Müzəffər Ali Baş Komandamımız, Prezident İlham Əliyevin Anım günü ilə əlaqədər 27 sentyabr 2021-ci il tarixdə xalqa müraciəti tarixi əhəmiyyətli bir gündür. Müraciətdə qeyd olunur ki, bir il əvvəl qəddar düşmən döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuş, bunun nəticəsində mülki şəxslərimiz və hərbçilərimiz həlak olmuşdur. Düşmən elə hesab edirdi ki, onun bu cinayəti cavabsız qalacaq. Lakin ordumuzun genişmiqyaslı cavab tədbirləri nəticəsində düşmənə layiqli cavab verilmiş, elə ilk günlərdəcə bir sıra yaşayış məntəqələri işğalılardan azad edilmişdir.

Müraciətdə ölkə başçısı müqəddəs Vətən Müharibəmizə qiymət vermiş, xalqımızın, dövlətimizin həmrəyliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində qəddar düşmən üzərində qələbə çaldığımızı qeyd etmişdir.

Cənab Prezidentin dediyi kimi, Azərbaycan xalqı heç vaxt işğalla barışmamış, məqam yaranan kimi öz fədəkar övladlarını, qəhrəman oğullarımızı düşmən üzərinə göndərərək onlardan azğın işğalıçya cavab verməyi tələb etmişdir.

Birinci Qarabağ Müharibəsində torpaq itkisindən həvəslənən azğın düşmən yeni torpaq iddiaları ilə çıxış edir, Azərbaycanı yeni müharibə ilə hədələməkdən çəkinmirdi. Lakin onlar bilmirdilər ki, xalqın rəhbəri və sərkərdəsi olan ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düzgün və məqsədyönlü siyasət onların arzularını ürəyində qoyacaq. Cənab Prezidentin dediyi kimi, xalqımız və dövlətimiz məğlubiyyətlə barışmadı, güc topladı, ordumuzu gücləndirdi, iqtisadiyyatımızı inkişaf etdirdi və bundan sonra qəddar düşmən üzərində qələbəni təmin etdi.

Ordumuzun, silahlı qüvvələrimizin, qəhrəman döyüşçülərimizin fədakarlığı nəticəsində düşmənə sarsıdıcı zərbə vuruldu, dəmir yumruğun zərbələrindən özünə gələ bilməyən qorxaq işğalçılar özlərini itirərək torpaqlarımızı tərk etdilər. Onların qorxaq rəhbəri kapituliyasiya aktını gizlin surətdə imzalamağa məcbur oldu. Ölkə başçısı İlham Əliyevin parlaq diplomatik uğuru da ordumuzun qələbələrinə stimul verdi.

Bu gün xalq, prezident və ordu bir yumruq kimi birləşərək ölkəmizin mənafeyini göz bəbəyi kimi qorumaqdadır. Bu birliyə əbədi eşq olsun!
 
  • Нравится
  • 0
Şou Biznes