Cəbrayıl İmanov Təvəkkül oğlu,
Neftçala rayonu Bankə qəsəbəsiXXI əsrdə Azərbaycan xalqı ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbəsilə tarixin səhifəsini qızıl həriflə yazdı.Qələbəni xalq-rəhbər-ordu birliyi möhtəşəm etdi.30 ildən sonra bu birlik düşmənin başına dəmir yumuruğunu elə sıxdı ki, düşmən kapulitasiya aktına imza atdı.Təkcə bu addım Azərbaycan dövlətinin gücünü, qüdrətini, əzmkarlığını dünyaya bəyan etmədi, eyni zamanda Azərbaycan xalqının mübarizliyini, vətənpərvərliyini öz ərazi bütövlüyünü qoruya biləcəyi gücdə olduğunu göstərdi.
Möhtərəm prezidentimizin xalqına sevgisi və etibarlılığı qələbə çalacağımıza inanımızı artırmışdır.44 günlük müharibədə ordumuzun cəsarətli əks-hücumunun, prezidentimizin siyasi arenada ötkəm və qalib addımları, xalqımızın birliyinin şahidi olduq.Hərb meydanında şanlı ordumuz hər qarış torpaqda canlarından keçərək torpaqlarımızı düşməndən təmizlədilər. Hər açılan səhəri səbirsizliklə gözləyirdik.Arxa cəbhədə də əsl mübarizə gedirdi.İgid övladlarımız cəbhəyə getmək üçün günlərlə hərbi komissarlığın qarşısında növbə gözləyirdi. Xəstəxanalara yaralıları daşımaq ən vacib ehtiyaclarını ödəməkdən zövq alırdılar.Xalqımız yəqin ki, dünyada yeganə xalqdır ki, müharibənin başlamasına sevinirdi. Çünki biz bu günü düz 30 il gözləmişdik.Dədə -baba torpaqlarımızı azad etmək, bizə məxsus olanları özümüzə qaytarmaq üçün igid oğul və qızlarımız canlarından keçdilər.Müharibə xalqımızın qələbəsi ilə 10 noyabr 2020-ci ildə başa çatdı.Bəli. biz qalib gəldik.Qələbənin böyüklüyünü, möhtəşəmliliyini sözlə ifadaə etmək çox çətindir.Çünki şəhidlərimizin axan qanları torpaqlarımızı daha da müqəddəs etdi.
Dövlətimizin rəhbəri Cənab Prezident İlham Əliyev şəhid və qazi ailələrinə, müharibə ailələrinə ,Vətən müharibəsi qəhrəmanlarına diqqət və qayğını şəxsən öz nəzarətində saxlayır.Müharibədən sonra yüzlərlə şəhid və qazi ailələrinə, müharibə iştirakçısı ailələrinə, Vətən müharibəsi qəhrəmanlarına mənzillər və avtomobillər təqdim olunmuş və qazilərimiz həm ölkıdaxilində, həm də xarici ölkələrdə müalicə almışdır.Həbiçilər ,qazilər və şahid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar
Növbəti qayğı 26 avqust 2021-ci il tarixdə həyata keçirildi.
Bu dəfə şəhid ailələrinə müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik
zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşıımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan ordusunun hərbiçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğının bundan sonra da davam etdirəcəyini vurğulamışdır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir. Biz birlikdə qalib gəlmişik, deməli, birlikdə də yaralarımızı sağaldacağıq.
Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən biri də onların avtomobillə təmin olunmasıdır. İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub. Cari ildə isə ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.Biz birlikdə qalib gəlmişik deməli birlikdə də yaralarımızı sağaldacağıq.