Qürurla Anırıq. Ümummilli Liderimiz Müstəqilliyimizin Qarantı olan Heydər Əliyev Əlirza Oğlu Cənablarının apardığı təbliğat təşviqat layiqli təqdirə bu gündə öz əksini tapmışdır. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam".
Ölkənin Prezidenti Ali Baş Komandan İlham Əliyev Cənablarına və Azərbaycanın Birinci Xanımı Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Qazimiz - Yusif Məmmədov Müşfiq oğlunun müraciəti: -- "Ölkəmiz uğrunda, Azərbaycan uğrunda yaralanıb, canımı qoymuşam. Köməklik etsinlər müalicəmi davam etdirim, sağlamlığıma qovuşum". Qazimiz - Yusif Məmmədov Müşfiq oğlu. 2003-cü ildə Goycay rayonunun Malisixli kəndində doğulmuşdur. Qarabağda torpaqlarımızı işğalcılardan azad olunmasında 44-günlük müharibəsində böyük ehtiramla Murov, Kəlbəcər istiqamətində şücaət göstərərək yaralanmışdır. Gərək nəbzin, Vətənin nəbzi ilə vursun ki, bax onda vətənpərvərlik ruhunda mənəvi dəstəyimizin mənəviyyatın gücləndirilməsini qürurla döyüşlər zamanı ön cərgələrdə torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şücaət göstərərək vətəninimizin keşiyində duran əsgərlərimizi dəyərləndirib önəm verək. Qazimiz - Yusif Məmmədov Müşfiq oğlu, üç, dörd aya qədər müalicə aldıqdan sonra, müalicəsi dayandırılıb. Müalicəni davam etdirmək üçün Bakı şəhərində Papaninə müraciət etsədə, dəfələrlə bu yolu qət etsədə xəstəliyi haqqında tibbi göstərişi əsasında ekprizi təqdim etməmişlər. Ekprizi olmadan YAŞAM Fonduna müraciəti edib müalicəsini davam etdirə bilmir. Azərbayan Respublikasının Prezidenti Cənab İlham Əliyev İcra başçılarına, icra aparatında işləyən məmurlara çox ciddi tapşırıqlar və tövsiyələr verərək, heç bir əhalini, incitməmələrini, vətəndaşlarla yaxşı rəftar etmələrini, rüşvət almamalarını, qanunsuz heç bir iş görməmələrini, həmişə haqqlını müdafiə etmələrini tapşırmışdır. Buna baхmayaraq hələ də yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuraraq insanları incidirlər. Vətəndaşlar yerli İcra strukturlarına dəfələrlə şikayət etmələrinə baxmayaraq heç bir nəticə əldə edə bilmədikləri üçün lazımi orqanlara, yuxarı instansiyalara ünvanladığı şikayət məktublarına belə baxılmır. Vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxmasında böyük narazılıq yaranır. Bu kimi insanlara edilən haqsızlıq dövlət orqanlarının fəaliyyətinə kölgə salanlar qanunsuz əməllərini asanlıqla həyata keçirilməsində dövlətimizə dəstək olmaq əvəzinə yerli sakinləri incitməklə davam edirlər. Xalqın, millətin, yerli əhalinin hətta canını, sağlamlığını itirmiş Qazilərimizin etdiyi şikayətlərinin həll olunub-olunmaması haqqında heç bir tələb və yaxud da göstəriş verilmir. Şikayətlərə baxılması mümkün olmadığı təqdirdə insanlara qarşı haqsızlıq edirlər. Nəticədə şikayətçi, hüquqları pozulmuş vətəndaşlar aylarla, illərlə gözləyir ki, onun şikayətinə baxılacaq, problemləri həll olunacaq. Lakin insanların saysız-hesabsız şikayəti üzrə heç bir iş görməmələrinin şahidi oluruq. Bu da onu göstərir ki, şikayətlərlə bağlı tədbir görməli olan dövlət məmurları insanlara qiymət verə bilməyən, insanlara dəyər verməyən şikayətçilərin vəziyyətini başa düşməyən məsuliyətsiz dövlət məmurları həmin an işdən azad olunmasına Ali Baş Komandan İlham Əliyev Cənabları bu kimi xalqına qayğı göstərməyən məmurları işdən azad olunmasına rəğmən qərar qəbul etməsi müqabilində dəstəyimizin mənəviyyatın gücləndirilməsini dəstəkləməyi xalqına qarşı dəyər verməyinin göstəricisinin bir daha şahidi olmaqdır. Bununla da vətəndaşlar hara, kimə şikayət edəcəklərini bilmirlər, nəticədə vətəndaşlar hüquqlarını bərpa edə bilmədikləri üçün çox əziyyətlərlə üzləşirlər. Dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin etmək peşəsinə sahib olmaq hər bir vətəndaş üçün şərəfli vəzifə borcumuzdur. Hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də həyatda bütün çətinliklə üzləşdiyi problemlərin həllində dövlətimiz kifayət qədər dəstək olmalıdır. Bizə 44-günlük döyüş salnaməsinin azadlığı uğrunda zəfər yaşadan şəhidlərimizin xatirəsini ehtiramla yad edən, Vətən uğrunda sağlamlığını itirən əsgərlərimizə, Qazilərimizə möhkəm cansağlığı arzulayırıq. Azərbaycan xalqına, Azərbaycan ailəsinə səadət, xoşbəxtlik və yeni qələbələr arzulayırıq!