Mürsəl Eminov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!



Binəqədi bələdiyyəsi 12 dekabr 1999-cu il tarixdə keçirilmiş seçkilərdən sonra fəaliyyətə başlamışdır. Bələdiyyənin ərazisi 295,173 ha olmaqla 6-cı mikrorayonun bir hissəsini, 7-ci, 8-ci, 9-cu, 9 "a" mikrorayonları, Naxçıvani və Dərnəgül yaşayış massivlərini, Goradil, Fatmayi və Novxanı bağ massivlərini əhatə edir.
Bələdiyyə ərazisində iri sənaye müəssisəsi olan "Sənayecihaz" Elmi-Istehsalat Birliyi fəaliyyət göstərir.
 
Binəqədi bələdiyyəsinin sədri Eminov Mürsəl Seyfulla oğlu 1958-ci il 23 fevralda Naxçıvan şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.  2019-cu ildə keçirilən bələdiyyə seçkilərində üzv seçilmiş və 14 yanvar 2020-ci il tarixində Binəqədi bələdiyyəsinin ümumi iclasının qərarı ilə sədr seçilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminovdur.

Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Mürsəl Eminov bu işin müqəddəsliyini qoruyub saxlayır. Mürsəl Eminov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Mürsəl Eminovdan danışdılar yaxşı ki, Mürsəl Eminov Binəqədi bələdiyyəsinin sədridir… Mürsəl Eminov öz isguzarlığı ilə tanınır və seçilir….

Mürsəl Eminov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Mürsəl Eminovu heç vaxt əqidəsindən döndərə bilməz.

Mürsəl Eminov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Mürsəl Eminov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Mürsəl Eminov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mürsəl Eminovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Mürsəl Eminov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Mürsəl Eminov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Binəqədi bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Mürsəl Eminov özünü doğruldub. Bizdə hörmətli Mürsəl Eminovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov - Heydər Əliyevin çoxillik fəaliyyəti, Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətləri o qədər zəngindir ki, bu nəhəng ideya-siyasi irsi sonadək araşdırmaq bir nəslin görüb qurtaracağı iş deyil. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyini inkişaf etdirən, müstəqilliyini möhkəmləndirən ideya və əməlləri strateji və taktiki mükəmməlliyi, əhatəliyi və ardıcıllığı ilə seçilirdi. O, ictimai həyatın bütün sahələrində genişmiqyaslı dəyişikliklər yaratmağı, kompleks islahatlar aparmağı bacaran nadir liderlərdən idi. Zaman keçdikcə hər nəsil bu tükənməz xəzinəyə öz tələbatı və meyarları baxımından yanaşacaq, özünə gərəkli pay götürəcək. Doğrudan da, illər keçdikcə biz Ümummilli liderimizin tarixi fəaliyyətinin məntiqini, mahiyyətini, nəticələrini daha yaxşı dərk etməyə başlayırıq. Bu həqiqətin sübutu olaraq Ümummilli liderin həyatının müstəqil Azərbaycan dövlətinin xilas edilməsinə və onun mövcudluğunun əbədiləşdirilməsinə həsr olunmuş illərinə nəzər saldıqda, o zaman çərçivəsində xalqını düşünən və Azərbaycanı dünyaya tanıtmaq naminə böyük işlər görülmüşdür.

Ümumilikdə, tarixi təcrübə və araşdırmalar da sübuta yetirdi ki, Heydər Əliyevin Azərbaycan iqtidarına xalqın çağırışı ilə ikinci gəlişi təkcə xalqı və müstəqilliyi təhlükələrdən qurtarmaqla bitmədi, həm də ölkənin daimi etibarlı müdafiəsini reallaşdırdı. Qurtuluş missiyası geniş anlamda, xarakterinə görə, bütövlükdə, xalqın varlığı, mənəvi, ruhi, mədəni mövcudluğu, sabahı ilə bağlı problemləri özündə ehtiva edirdi. Bu gün Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam və inkişaf etdirir. Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməlləşməsini təmin edir. Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. 44 günlük Vətən müharibəzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə, ölkəmizin sərhədlərinin bərpası, və bu gündə işğaldan azad olunan tarixi torpaqlarda sürətlə aparılan quruculuq işləri bir daha təsdiq edir ki, Heydər Əliyevin siyasi davamçısı Prezident İlham Əliyev Azərbaycan müstəqilliyini qoruyur və Vətənimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır. Bu gün hər bir azərbaycanlının arzusu çin olub, doğma Şuşamızda, Laçınımızda Ağdamımızda, Cəbrayılımızda, Zəngilanımızda, Qarabağımızda Azərbaycan bayrağı dalğalanır. Bu gün ölkə başçısı İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olacağam sözlərini əməli ilə sübut edir. Bu gün Azərbaycan dünyada əhəmiyyətli regional layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ən önəmlisi isə odur ki, Heydər Əliyev siyasəti bugünlə, indi ilə yekunlaşan, bitən deyil. Bu siyasəti həmin uğurla gələcəkdə də davam etdirə biləcək Ali Baş Komandan, silahdaşları və aydın strategiya var.

  • Нравится
  • 0
  • Kseilf
  • 29-11-2022, 16:27
  • : 16:27
purchase levaquin for sale buy levaquin pill
действия
Şou Biznes