Şimali Makedoniyanın Uluslararası Viziyon Universiteti ilə Elger Elm və Təhsil mərkəzinin birgə təşkil etdiyi "Qərb və Şərq: mədəniyyətlərin dialoqu" adlı IX Beynəlxalq elmi simpozium keçirilmişdir
- 26.12.2020, 11:57,
- Cəmiyyət / Gündəm
- Baxılıb: 424
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 19-da Şimali Makedoniyanın Uluslararası Viziyon Universiteti ilə Elger Elm və Təhsil mərkəzinin birgə təşkil etdiyi "Qərb və Şərq: mədəniyyətlərin dialoqu" adlı IX Beynəlxalq elmi simpozium keçirilmişdir. Simpoziyum Azərbaycan şairi Həbibinin 550 illik yubileyinə həsr olunmuşdur. Simpoziumda ümumilikdə 7 ölkədən (Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxstan, Gürcüstan, Almaniya, Şimali Makedoniya) 70 elm adamı məqalə göndərmiş, bunlardan 46 məqalə elmi heyətdəki hakim rəyləri əsasında qəbul edilərək simpozium materialları kitabında nəşr edilmişdir.
Simpoziumunun təşkil olunmasında Makedoniyanın Uluslararası Vizyon Universitetinin rektoru Prof. Fadil Hocaya və həmin Universitetinin əməkdaşı Dos. Atilla Jorma iştirak etmişlər. Zoom proqramı vasitəsilə həyata keçirilən simpoziumda iştirakçıları salamlayan rektör, Makedoniya, rəhbəri olduğu universitet haqqında məlumat vermiş və Azərbaycan şairi Həbibinin 550 illiyinin birlikdə qeyd edilməsindən məmnun olduğunu dilə gətirmişdir.
Daha sonra simpozium zoom proqramı vasitəsilə Türkiyədəki Kafkas Universitetinin Çağdaş Türk ləhçələri bölümü başqanı həmyerlimiz Dos. İlkin Qulusoy və Uluslararası Viziyon Universitetinin dosenti Atilla Jormanın moderatorluğu ilə davam etdirilmişdir.
Simpozium bitdikdən sonra Elger Elm və Tədris mərkəzinin müdürü Dos. Ellada Gərayzadə materialların Türkiyədə beynəlxalq nəşriyyat tərəfindən nəşr olunacağını, sertifikat və kitabların iştirakçılara göndəriləcəyini bildirmişdir.