Qaradağda mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilmişdir
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və verilən tapşırıqların icrası ilə bağlı Qaradağ rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilmişdir.
22 noyabr 2020-ci il tarixdə Qaradağ Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəaliyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunmuşdur.
Fəaliyyətinə icazə verilmiş obyektlərin girişlərində sakinlərin hərarətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfaksiyaedici məhlulların mövcud olması, işçi heyətinin tibbi maskadan istifadəsi yoxlanılmışdır. Onlayn fəaliyyət göstərən kafe və restoranların yerində xidmət göstərməmələri və sanitar qaydalara riayət etmələri yoxlanılaraq müvafiq tövsiyələr və xəbərdarlıqlar edilmişdir.
Qaradağ rayonunun qəsəbələrində tibbi qoruyucu maskalar paylanmış və pandemiya dövründəki davranış qaydaları barədə ictimai maarifləndirmə işləri aparılmışdır
Koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi və sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə könüllülərinin tərəfindən növbəti dəfə noyabr ayının 22-də Qaradağ rayonunun qəsəbələrində tibbi qoruyucu maskaların geyinilməsi yoxlanılmış və pandemiya dövründəki davranış qaydaları barədə ictimai maarifləndirmə işləri aparılmışdır.
Bununla yanaşı Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasını insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarının tələblərinə ciddi əməl olunmasına nəzarət məqsədilə rayon İcra Hakimiyyəti və aidiyyatı təşkilatların nümayəndələrindən ibarət Monitorinq qrupu tərəfindən rayonda yerləşən idarə, müəssisə və təşkilatlarında reydlər keçirilmiş, tibbi maskalardan istifadə olunması və insanlar arasında məsafə saxlanılması kimi qaydalara əməl olunması yoxlanılmışdır. Reydlər zamanı mövcud qərarın tələbləri pozan neqativ hallar müşahidə olunmamışdır. Buna baxmayaraq bütün qurumların rəhbərləri və əməkdaşları ilə pandemiya dövründə qəbul edilən qanun və qərarların tələblarinə əməl olunmasına dair izahat xarakterli söhbətlər aparılmışdır.
Qeyd edək ki, rayon ərazisində belə reydlər mütəmadi olaraq davam etdiriləcəkdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov - 16 noyabr tarixində qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyi haqqında xəbər verir. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirdi.
Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. Prezidentin cəbhə bölgəsinə səfəri zamanı Xudafərin körpüsünü ziyarət etməsi xüsusi simvolik məna daşıyır.
Müzəffər ordunun Ali Baş Komandanı Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı öz nitqində qeyd etdi ki, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq.
Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.
Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil.
Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!