Süleyman Mikayılov: Uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir



Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov - Müzəffər Azərbaycan ordusu Ermənistana onların layiq olduğu yeri göstərir. Azərbaycan ordusunun qarşısında diz çökən erməni ordusu artıq məğlubiyyətlə barışmalıdır. Çünki azərbaycanlılar Vətən uğrunda döyüşürlər, torpaqlarımızı azad edirlər. İşğal altında qalan yurd yerlərimizi xilas edirlər.  Hər gün Azərbaycan bayrağı işğaldan azad olunmuş yeni yaşayış məntəqəsində ucaldılır.
     Fərəhli haldır ki, Ermənistanın faşist ordusu ilə Azərbaycan əsgəri təkbaşına vuruşur və üstünlüyünü göstərir.   Prezident İlham Əliyev: “Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri düşmən ordusuna dərs verir. Erməni mifləri dağılır və yalanları ifşa olunur”.
       Döyüş meydanında Azərbaycanın üstünlüyü artıq heç kimə sirr deyil. Torpaqlarımızın azad edilməısi uğrunda döyüşlərə könüllü qatılan vətəndaşlar, Azərbaycan Ordusunun şəxsi heyəti böyük ruh yüksəkliyi ilə döyüşür.  Vətən torpaqlarını azad etmək kimi şərəfli mübarizədə onlar dövlətimizin başçısı Ali Baş Komandana, Ordumuzun gücünə, xalqımıza arxalanır və qeyrət, cəsarət nümasyiş etdirirlər. İlham Əliyev: “Haqq yolunda vuruşan Azərbaycan ordusu tam üstünlüyə malikdir. Ermənistan ordusu hələ nə qədər gec deyil bu həqiqəti qəbul etməli və bəyanat verməlidir ki, işğal edilmiş torpaqları azad edir”.
       Düşmən ordusu isə həmişəki kimi  namərd əməllərindən qalmır. Uzun illər ərzində etnik terrora məruz qalmış Azərbaycan xalqı bu gün öz haqqını bərpa edir. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir.  Və bunu bilsə də ermənilər bacardıqları qədər azərbaycanlılara pislik etməyə, zərbə vurmağa çalışırlar. Çünki bu onların xislətidir, qətl törətmək, dağıtmaq, yandırmaq, silahlar yağdırmaqla insan həyatını təhlükəyə atmaq. Bu barədə ölkə başçısı daha geniş açlıqlama verərək onların iç üzünü açır: “Dinc mülki əhaliyə qarşı atəşin açılması namərdlikdir və hərbi cinayətdir. Namərd zərbələr nəticəsində dinc əhali, o cümlədən uşaqlar, qadınlar və qocalar həlak olur. Bütün dünya düşmənlərimizin mənfur və vəhşi simasını artıq görür. İşğaldan azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb”.
      Gəncənin bombalanması insanlığa qarşı törədilmiş cinayətdir. Həm də  “Gecə vaxtı, qəsdən mülki əhaliyə qarşı törədilmiş cinayət erməni faşizmin təcəssümüdür. Cinayətkar və dünyaya yalan danışan Ermənistanın siyasi hakimiyyəti öz dövlətçiliyin sonunu yaxınlaşdırır”.
      Ermənistanın özününküləşdirmə siyasətinə son qoyulur. Onlar yalan tarix uydururlar, özlərini qədim xalq kimi qələmə verməyə çalışırlar. Amma bütün dünya bilir ki, Ermənistanən tarixi yoxdur. İşğal etdikləri torpaqlarımıza özlərinin eybəcər adlarını qoymaqla, bu gözəl torpaqları həmişəlik zəbt etmək kimi xülyaları artıq boşa çıxır.  “Rəsmi İrəvanın tarixi saxtalaşdırma siyasətinə artıq son qoyulur. Belə ki, işğaldan azad olunmuş Xocavənd rayonun Vəng kəndinə yeni Azərbaycan adı verildi. Artıq həmin kənd Çinarlı adlanılır”.
Ədalət bərpa olunur, Qarabağ torpaqlarına həyat qayıdacaqdır. Xalqa müraciətində bu barədə danışan dövlətimizin başçısı  bildirir ki, yurdumuzun hər yerində geniş abadlıq quruculuq aparılır və azad olunan torpaqlarda da əsasıı və müasir işlər görüləcəkdir.  “Azərbaycan xalqı öz torpaqlarda yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz,şəhərlərimiz və kəndlərimiz bərpa ediləckdir”.
     Bu gün Azərbaycan xalqı Böyük Qayıdış astanasındadır. “Azərbaycan dövləti əlindən gələni edir ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıtsın, rahat və əmin-amanlıq şəraitində yaşasın”.
     Ali Baş Komandanın qələbə iradəsi Ordumuzun cəsur döyüşçülənin əhval ruhiyyəsini artırır və qələbə əzmini gücləndirir. Xalq öz Ali Baş Komandanına inanır və ona etimad göstərir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalq tərəfindən göstərilən etimad böyük qələbəmizi yaxınlaşdırır. Bu gün ölkəmizdə xalqımız birlik, vəhdət nümayiş etdirir. Çünki azərbaycanlıların yalnız bir düşməni var və mübarizəmiz də yalnız onlara qarşıdır.
     Prezident İlham Əliyevin ifadə etdiyi kimi: “Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradıb. Azərbaycan torpaqlarının qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsi kimi vəzifələr bu gün döyüş meydanında həll olunur”.
Müraciətində dövlət başçısı bir daha bildirib ki, status-kvo artıq yoxdur: “ Status-kvonu Azərbaycan məhv edib. 30 ilə yaxın səbir nümayiş etdirən xalq öz məsələsini özü həll edir. Azərbaycan döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirib”. “Azərbaycan yumruğu sadəcə düşmənin başını yaran yumruq deyil. Azərbaycan yumruğu xalqının birliyi, məqsədyönlü fəaliyyəti və mövqeyimizi əks etdirən beynəlxalq qərar və qətnamələrdir”.
     Real həqiqətdir ki, Azərbaycan xalqı uzun illər torpaqlarımızın danışıqlar yolu ilə, sülh çərçivəsində geri alınmasına inanıb. Lakin zaman göstərdi ki, hər bir sənəd, qətnamə kağız üzərində qalır, ermənipərəst dövlətlər bizim haqqımızın bərpa olunmasına maraqlı deyil.
      Güclənən, qüdrətlənən Azərbaycan Ordusu  hər kəsə, həm ermənilərə, həm də onların havadarlarına torpaqlarımızın azad olunmasının heç də çətin olmadığını nümayiş etdirdi. Eşq olsun Azərbaycan Ordusuna, Azərbaycanımızın qorxmaz, vətənpərvər oğullarına! “Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizintoxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır”.
      Azərbaycan Respublikasının əbədi və əzəli torpaqları olan Dağlıq Qarabağ və ona yaxın şəhərlər, rayonlar düşmən əsarətindən azad olunur.
      Qarabağ Azərbaycandır!!!
Şou Biznes