Səfərbərlik Xidmətindən daha bir müraciət
- 06.10.2020, 11:48,
- Cəmiyyət
- Baxılıb: 224
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu barədə "Ölkə.Az"a xidmətdən məlumat verilib. Qaynar xəttlər vətəndaşların müraciətlərinin operativ cavablandırılması məqsədilə yaradılıb.
Yeni nömrələr belədir: Tel: (012)4937914(012)4937926
Xatırladaq ki, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncamının icrası uğurla davam edir. 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, yaşı 35-dək olan və möhlət hüququ olmayan vətəndaşlarımız Silahlı Qüvvələrimizin şəxsi heyətlə komplektləşdirilməsi məqsədilə müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə yola salınırlar.
Gənc əsgərlər cəbhəyə deyil, müvafiq qoşun növlərinin hərbi hissələrinə - təlim mərkəzlərinə göndərilir və qarşıdakı 3 ay müddətində orada təlimlər keçərək hərbin sirlərini öyrənəcək və sonra xidmətlərini təyin olunduqları yerlərdə davam etdirəcəklər.