Vaqif Əsədov oğlunu Qarabağa yola saldı - Ya Qarabağ, ya ölüm

Vaqif Əsədov oğlunu Qarabağa yola saldı - Ya Qarabağ, ya ölüm


Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun oğlu könüllü olaraq döyüşə gedib. Avtosfer.az xəbər verir ki, V.Əsədov oğlunu bu gün cəbhəyə yola salıb.
“Qələbə ilə geri qayıdacağıq”: Bakıda hərbçiləri necə yola salırlar – video Polis polkovnikinin oğlu Pərvin Əsədov döyüşə bu gün könüllü olaraq gedib.

Məsələ ilə bağlı Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb: "Bəli, bu gün cəbhəyə əsgər yola saldım. Hesab edirəm ki, oğlum Qarabağın azad edilməsində iştirak etməlidir. Ya Qarabağ, ya ölüm! Bunu onun özü də belə istəyir. Ya Qarabağda bayrağımızı dalğalandıracaq, ya da şəhid olacaq".

Xatırladaq ki, Pərvin Əsədov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır. 29 yaşı var. Pərvin Əsədov hərbi xidmətdə Ağdamda ön cəbhədə olub.

V.Əsədovun sözlərinə görə, oğlu aidiyyəti üzrə ərazilərdə Qarabağın işğaldan azad edilməsi üçün canından belə keçməyə hazırdır. "İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq. Ali Baş Komandan bu gün əmr versə, özüm də Vətən uğrunda döyüşlərə hazıram və son damla qanıma qədər mübarizə apararam", - deyə Vaqif Əsədov bildirib.

"Mən cəbhəyə bir əsgər yola salmışam. Hərbi xidməti də cəbhə zonasında keçmişdi. İndi də cəbhəyə getdi. Qələbə bizimdir, qoy o da bu müqədəş döyüşdə iştirak etsin. Mən də döyüşlərdə iştirak etməyə hazıram".
Şou Biznes