DİQQƏT! Qız profili ilə sizə yazan olarsa... - Ermənilərin yeni təxribatı - VİDEO

DİQQƏT! Qız profili ilə sizə yazan olarsa... - Ermənilərin yeni təxribatı - VİDEO


Son vaxtlar erməni təxribatlarının sayı artıb. Bu günlərdə düşmən sosial şəbəkələrdə də öz çirkin niyyətindən əl çəkmir. Ekspertlər deyir ki, vətəndaşlar yalnız rəsmi məlumatlara istinad etsin və bildikləri məlumatları kənar şəxslərlə yaymasınlar.
"Ölkə.Az" ATV-yə istinadla xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti də vətəndaşlara müraciət edib. Onları bu cür informasiyaları yaymamağa çağırır.

Diasporla iş üzrə dövlət komitəsi də xaricdə yaşayan azərbaycanlılara müraciət edib, müraciətdə onlara DTX-nın erməni təxribatı ilə əlaqədar məlumatını nəzərə almağı tövsiyə olunub.

Kəşfiyyatın belə qanunu var kimin informasiyası çoxdursa, o həmişə qələbə çalır.

Müharibə davam edir. İstər səngərdə, istərsə də informasiya məkanında. Məhz bu səbəbdən düşməmə sirr vermək olmaz. Millət vəkili Arzu Nağıyev deyir ki, bu gün bəzi şəxslər ordumuzla bağlı məlumatlatı yayaraq və ya cəbhə kəndlərindən şəkillər çəkərək sosial şəbəkələrdə paylaşır, halbuki, bu görüntü ilə biz düşmənə kömək etmiş oluruq.

Arzu Nağıyev - millət vəkili: "Hansısa səngərlərin şəkillərini çəkmək, dislokasiyanın şəklini çəkmək, texnikanın şəklini çəkmək, kimsə bunu qərəzli edə bilər, kimsə qərəzsiz edə bilər, kimsə kiməsə ötürmək məqsədilə edə bilər. Əməliyyatlar vaxtı ermənilər qız profili ilə və ya azərbaycanlı profili ilə sosial şəbəkələrdə cəlb etmə olmasa da bizimkiləri müəyyən sorğu suallara tutmağa çalışır".

Millət vəkili deyir ki, bir çox hallarda belə xəbərləri yayanlar özləri də bilmədən düşmən tərəfə qüvvələrimizin yerdəyişməsi haqda zəruri məlumatlar ötürür, düşmənin adekvat və dəqiq zərbə endirməsinə şərait yaratmış olurlar.

Arzu Nağıyev - millət vəkili: "Dünəndən təlimlər başlayıb. Hansı təlim yerinə gedib çatıbsa, oradan artıq özünün formasını çəkir, texnikanın şəklini çəkib paylaşmaq özü də absurd məsələdir. Bu, artıq düşmənə hansısa məlumatları ötürməkdir".

Dövlət Təhlükəsizliyi Xidməti Düşmənin sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq məqsədilə davamlı fəaliyyət göstərməsi ilə bağlı da vətəndaşlara müraciət edib.


Şou Biznes