Feysbuka şəxsiyyət vəsiqəsi ilə giriş təklifinə - Reaksiya

Feysbuka şəxsiyyət vəsiqəsi ilə giriş təklifinə - Reaksiya


“Zaman-zaman Azərbaycanda millət vəkilləri və bəzi rəsmi şəxslər tərəfindən belə fikirlər səsləndirilir. Düşünürəm ki, bu reallığa söykənməyən təkliflərdir. Qanunvericilikdə belə bir praktika yoxdur. Eləcə də texnologiya baxımından bu qeyri-mümkündür”. 

Bu fikirləri “Qafqazinfo”ya Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deputat Jalə Əliyevanın "“Facebook”a şəxsiyyət vəsiqəsi ilə giriş edilməlidir" təklifinə münasibət bildirərkən deyib.
Ekspertin fikrincə, hazırki dövrdə bu mümkün deyil:

“Adı çəkilən resurslar qlobal resurslardır. Data mərkəzləri, serverləri xaricdə yerləşir. Belə olan halda identifikasiya məsələləri ilə bağlı problemlər yaranır. Əgər data mərkəzləri və nümayəndəlikləri ölkədə olardısa, o zaman bu prosedurlara baxıla bilərdi. Bu, olmadığı təqdirdə Azərbaycan vətəndaşlarının fərdi məlumatlarının xarici ölkələrdə olan data mərkəzlərdə emal olunması hüquqa ziddir. Texniki və texnoloji cəhətdən mümkün deyil. Ona görə, bu fikri səsləndirənlər bu faktorları da nəzərə alsınlar”.

Qeyd edək ki, bu fikri millət vəkili Siyavuş Novruzov da bir neçə il öncə Milli Məclisdə səsləndirmişdi.
Şou Biznes