Mahir Mirzəyev vəzifəsini vicdanla yerinə yetirir - ÖZƏL

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev - Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi. Azərbaycan demokratiyanın, insan haqlarının müdafiəsi, iqtisadiyyatın inkişafı tempinə və digər müsbət məsələlərdə dünya praktikasından yararlanmaqla və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə özünü ən yeni səviyyəyə çıxarmışdır . Məhz bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu araşdırma mərkəzləri tərəfindən aparılan tədqiqatlar nəticəsində Azərbaycan xalq və hakimiyyət birliyinə görə dünya dövlətləri arasında ön sıralardadır.

Hikmət Şikarov: Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdi

Aparılan demokratik islahatlar, insan haqlarının daim ön planda saxlanılması, ölkə vətəndaşlarının maraqlarının həm siyasi, həm maddi mənada təminatı üçün atılan konkret addımlar bu gün ölkə rəhbərliyi tərəfindən həyata keçirilən siyasətin xalq tərəfindən tam dəstəklənməsinə gətirib çıxarmışdır. Bu istiqamətdə görülən işlərin davamı xalq və hakimiyyət arasında birliyi daha da möhkəmləndirməkdə, Azərbaycanda demokratiyanın inkişaf tempini bir qədər də sürətləndirməkdədir.Maddi rifah halı daim yüksələn xətt üzrə inkişaf edən Azərbaycan insanı öz hüquqlarını reallaşıdırmaqda, sərbəst seçimini etməkdə, söz və fikir azadlığından faydalanmaqda hər hansı problem yaşamır. Belə vəziyyət isə təbii olaraq hakimiyyət və xalq arasında yaşanan birliyi daha da möhkəmləndirir, onu hər hansı qüvvənin istənilən formada cəhdində belə sarsılmayacaq özüllər üzərində qurur.
 
*********************

Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyevdir .

Mahir Mirzəyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.

Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini Mahir Mirzəyev və icra başçısı hər bir vətəndaşın probleminə diqqətlə yanaşır, ilk növbədə müraciətlərin yaranması səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirir. Müraciət edən hər bir vətəndaş qrafikə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyətində qəbul olunur, onların qaldırdıqları problemlərin həlli istiqamətində icraçı şəxslərə konkret tapşırıqlar verilir, icra barədə vətəndaşlara rəsmi cavablar göndərilir. Vətəndaşların qəbulu bütün iş günlərində, habelə şənbə və bayram günlərində də aparılır. Aparatın özündə və yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlər müsbət həll olunur, müvafiq izahatlar verilir, icrada olan müraciətlər isə nəzarətdə saxlanılır. Ötən il olduğu kimi, bu il də əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olub, yaxın yaşayış məntəqələrinin hamısında əmək haqlarının, pensiya və müavinətlərin ödənişi plastik kartlarla keçirilib.

Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçısı və veteranına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, Çernobıl əlillərinə və sosial müdafiəsi zəif olan digər əhali təbəqəsinə ərzaq və pul yardımı göstərilir. Bundan əlavə, sosial vəziyyəti ağır olan insanlara fərdi ev tikmələri üçün sement, mişar daşı və digər tikinti materialları verilib. Bu qəbildən olan insanlar daim rayon İcra Hakimiyyətinin və aidiyyəti təşkilatların diqqətindədir. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsində proqnoz tapşırıqlara vaxtında əməl olunub. Belə ki, şöbənin kollektivi vətəndaşların müraciətlərinə çox həssas yanaşır, onları maraqlandıran məsələlərlə pensiyanın yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, stajla bağlı, digər məsələlərlə bağlı sorğularını cavablandırır, həllinə nail olurlar. Şöbənin səlahiyyətlərinə aid olmayan müraciətlər edən vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlər müvafiq orqanlara göndərilir.
 
Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar küçə və obyektlərdə növbəti reyd keçirildi

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı  hüquq-mühafizə orqanlarının məsul əməkdaşları ilə birlikdə rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.
     Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Şou Biznes