Yas mərasimləri ilə bağlı yeni qayda müəyyənləşdi
- 08.08.2020, 13:11,
- Cəmiyyət
- Baxılıb: 226
Facebook
Вконтакте
Одноклассники
Google+
Sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlərdə yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər üçün yeni qaydalar müəyyənləşib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketində əksini tapıb.
Yeni qaydalara əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə Yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.