Bakıdan sərnişin daşımaq üçün bu yola əl atdı - Fotolar
- 30.07.2020, 11:36,
- Cəmiyyət
- Baxılıb: 207
Facebook
Вконтакте
Одноклассники
Google+
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına gizli yollarla icazələri olmayan sərnişinləri daşıyan iki sürücü – Cavid Ramazanov və Mehbala İsrafilov saxlanılıblar.
Araşdırmalar zamanı Cavid Ramazanovun xüsusi karantin qaydalarını pozaraq, şəxsi nəqliyyat vasitəsi ilə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.
Belə ki, onun xüsusi icazələri olmayan sərnişinlərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Bakı şəhərindən ölkənin şimal rayonlarına daşıdığı məlum olub. Bakı-Quba yolu üzərində müvəqqəti quraşdırılmış postdan keçən zaman o, sərnişinləri postdan bir qədər aralıda düşürərək tanışı Mehbala İsrafilova görüşdürüb və sərnişinlər M.İsrafilovun bələdçiliyi ilə postun arxa hissəsində olan torpaq yolu ilə həmin ərazidən keçməyə nail olublar.
Daha sonra isə C.Ramazanova məxsus nəqliyyat vasitəsinə əyləşən müştərilər yollarına davam ediblər.
Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Quba rayon məhkəməsinə göndərilib. Karantin qaydalarını pozan C.Ramazanov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. M.İsrafilov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.