AzTV-dən Dövlət bayrağına HƏQARƏT — Telekanal bayrağımızı “parçaladı”
		
			- 22.07.2020, 15:45, 
 
			- Cəmiyyət / Gündəm
 
			- Baxılıb: 392
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) efirində Dövlət bayrağımıza hörmətsizlik edilib.
Yenicag.az xəbər verir ki, AzTV-nin efirində “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunun tələbləri kobud şəkildə pozulub.
Məlumata görə, “Mədəniyyət” TV-nin “Mən də əsgərəm” adlı yeni layihənin təqdimatında Azərbaycanın Dövlət bayrağı parçalanmış vəziyyətdə təsvir olunub.
Adıçəkilən telekanal bu təqdimatı ilə sözügedən qanunun 9-cu maddəsinin (Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsinə dair tələblər) 3-cü bəndini pozub.
Qeyd edək ki, AzTV-nin Bədii rəhbəri Ranar Musayevdir.