SON DƏQİQƏ: Azərbaycan - Ermənistan sərhədində düşmən təxribatı: Döyüş gedir, itkilər var — RƏSMİ
		
			- 12.07.2020, 18:22, 
 
			- Cəmiyyət / Gündəm
 
			- Baxılıb: 375
 
			
			
		
		
			Facebook
			
			Вконтакте
			Одноклассники
			Google+
		 
		
		
	 
	
	
		İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hər iki tərəfdən itki var.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.