Portalda icazəsi olanlar xəbərdarlıq edilmədən cərimələnirlər ... — NƏ BAŞ VERİR? - FOTO
- 05.07.2020, 22:07,
- Cəmiyyət
- Baxılıb: 188
Facebook
Вконтакте
Одноклассники
Google+
Məlum olduğu kimi xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən 5 iyul tarixindən bütün icazələr silinib.
İcazələrin yenidən bərpası üçün isə hər bir təşkilat işə çıxmalı olan əməkdaşları üçün portala yenidən müraciət etməlidir. Eyni ilə bu qaydaya uyğun olaraq, ötən gündən etibarən icazələrin vaxtı uzadıldı.
Amma bir neçə saatlıq. Belə ki, yenidən icazə alıb, işə çıxan bir çox vətəndaşın icazəsi xəbərdarlıq edilmədən ləğv olunub və bu azmış kimi də insanların əksəriyyəti polislər tərəfindən cərimələnir. Hətta fəaliyyət istiqamətinə icazə verilmiş şəxslər ezamiyyə vərəqi ilə digər rayonlara gediblər. Lakin icazələr sistemdən ləğv edildiyi üçün qayıda bilmirlər. Məsələ ilə bağlı sosial şəbəkələrdə kütləvi şəkildə narazılıqlar da artmaqda davam edir.
Digər əsas məsələ, 2 həftəlik sərtləşdirilmiş karantin rejimi vaxtı fəaliyyət istiqamətinə icazə verilmiş sahibkarlara bu dəfə fərqli mesajla “yox” cavabı gəlib. Belə ki, sistem onların fəaliyyətini əvvəlki iki həftədə icazə verilmiş sayıb, indi isə icazə verilmədiyini bildirir. Bununla bağlı sahibkarın “195” çağrı mərkəzinə zəng etməsi təklif edilir. Lakin bu xəttin özündə də operativlik olmadığı üçün heç bir sahibkar düşə bilmir. Lakin İqtisadiyyat.az saytı “Asan Xidmət”in qaynar xətti vasitəsilə məsələ ilə bağlı mövqe öyrənə bilib. Belə ki, qurum vətəndaşların icazəsinin müəyən olmayan qaydada ləğvini təsdiqləyib:
“Bəli, hazırda bütün icazələr portaldan silinib. Bu bütün fəaliyyət kodları üzrə ləğv edilib. Məsələ ilə bağlı növbəti həftənin iş günündə rəsmi məlumat veriləcək. Qaldı ki, vətəndaşların cərimələnməsinə bununla bağlı da biz heç bir söz deyə bilmərik, sabahı gözləyin.”