“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb”
- 29.06.2020, 12:31,
- Cəmiyyət
- Baxılıb: 162
Facebook
Вконтакте
Одноклассники
Google+
“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir və artım davam edir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, yoluxanların sayının artması Azərbaycan səhiyyə sisteminə təzyiq edərək ciddi gərginlik yaradır:
“Xəstəxanalarda, müalicə müəssisələrində böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtda müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi fərqli idi. İndi tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edir. Reanimasiyaya və süni nəfəs aparatına ehtiyacı olanların sayı artıb. Dünyada situasiya stabilləşib. Bu, əks- epidemik tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunub. Mən istəyirəm ki, bütün tədbirləri sərtləşdirək. Müşahidələr göstərir ki, indiki tədbirlər effektini vermir”.