Suraxanı rayonunda genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdirilir




Ölkə başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Bakı Abadlıq Xidmətinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində Tofiq Bayram, Xanoğlan Bayramov, Əmir Nizaməddin, Elxan Həsənov, Molla Pənah Vaqif, Mirzə Ələkbər Sabir küçələrinin genişmiqyaslı abadlaşdırılması işlərinə başlanılmışdır. Aparılan abadlıq işləri çərçivəsində tarixi abidələrin bərpası, evlərin fasadlarının təmiri, kanalizasiya xətlərinin çəkilişi, küçələrin işıqlandırılması, piyada səkilərinin salınması, dekorativ kol və güllərin əkilməsi nəzərdə tutulmuşdur.
Bildiririk ki, Suraxanı rayonunda genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparılması və rayonun hərtərəfli inkişafının daha da sürətləndirilməsi istiqamətində əsaslı layihələr davam etdirilir.













Suraxanı rayonunda gücləndirilmiş dezinfeksiya işləri davam etdirilir




Suraxanı rayonunda əhali arasında koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə genişmiqyaslı dezinfeksiya işləri mütəmadi aparılır. İyunun 21-də səhər saatlarından başlayaraq rayon ərazisindəki bütün küçələr, parklar, yollar, çoxmənzilli yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən xüsusi məhlulla dezinfeksiya edilir.

























Suraxanı rayonunda sanitar təmizlik mütəmadi nəzarətdə saxlanılaraq abadlıq aksiyaları davam etdirilir




Suraxanı rayonunda sanitar təmizlik mütəmadi nəzarətdə saxlanılaraq abadlıq aksiyaları davam etdirilir.
İyunun 18-də Bülbülə gölünün Əmircan qəsəbəsinə düşən hissəsində növbəti iməcilik təşkil olunmuşdur. Keçirilən iməcilikdə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin kollektivləri iştirak edib.
Sanitar təmizliyin təmin edilməsi məqsədilə ətraf yabanı, quru alaq otlardan təmizlənmiş, eləcə də sözügedən ərazidə ətraf mühit və insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət, polietilen tullantılar yığışdırılmışdır. Toplanan iriqabaritli məişət tullantıları xüsusi nəqliyyat vasitələri ilə ərazidən daşınmışdır.

























Son 8 ayda Suraxanı rayonunda təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir




Son illərdə qəbul olunmuş müxtəlif proqramlar Bakı şəhərinin və onun qəsəbələrinin sürətlə inkişaf etməsinə, infrastrukturunun yenilənməsinə səbəb olmuşdur. Bu günkü gündə də Bakı ətrafı qəsəbələrdə icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də yol infrastrukturunun yenidən qurulmasıdır.
Suraxanı rayonu ərazisində böyük vüsətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri xüsusi karantin günlərində də davam etdirilir.
Son 8 ayda Suraxanı rayonunda təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Rayon ərazisində yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsində, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsindən Məscidə gedən 1 970 metr uzunuğunda (11 820 kv.metr) yolda asfaltlanma işləri aparılır.
Qeyd edək ki, rayonun bütün qəsəbələrində ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri, eləcə də yeni su və kanalizasiya xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir.








Şou Biznes