Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Abşeron Müalicə Diaqnostika Mərkəzində son tamamlanma işləri ilə tanış olmuşdurXıralan şəhərində inşa edilən Abşeron Müalicə Diaqnostika Mərkəzində son tamamlanma işləri aparılır. Həyata keçirilən işlərlə tanış olmaq məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə baş çəkib.
Burada rayon rəhbərinə məlumat verərək bildirilib ki, Diaqnostika Mərkəzinin ümumi ərazisi 17 000 kvadratmetr, tikinti altına düşən hissəsi isə 6300 kvadratmertdir. 3 mərtəbəli və 145 çarpayılıq olan xəstəxana kompleksində 2 əməliyyat bloku, 1 reanimasiya, cərrahiyyə, doğum, ginekologiya, pediatriya, dializ və inzibati şöbələr, diaqnostika, laboratoriya, poliklinika, təcili tibbi yardım fəaliyyət göstərəcək. Artıq işin 70 faizi görülüb.
Bu xəstəxananın müasir avadanlıqlarla təchiz edilməklə tezliklə istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda isə xəstəxananın yerləşdiyi ərazidə abadlıq-quruculuq işləri davam etdirilir.
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova - Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdırDövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz sürətli inkişaf dinamikası ilə irəliləyərək öz potensial gücünü artırmış, dünyanın inkişaf etmiş, güclü dövlətləri sırasına daxil olmuşdur. Ölkəmiz təkcə iqtisadi gücünü deyil, siyasi və hərbi gücünü də xeyli artırmışdır. Ölkədə bütün sahələrin inkişafına yönələn siyasi xətt, əsas problem olan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə köklənmişdir. Ümummilli lider Heydər Əliyev gələcəyimiz təminaçısı olan gənclərimizi düşünərək onların müharibənin yaratdığı çətin vəziyyətdə yaşamamaları üçün Dağlıq Qarabağ məsələsinin həllində sülh yolunu seçmişdir. Bu gün Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidentimiz cənab İlham Əliyev də ölkəmizin əsas problemli məsələsi olan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Ermənistan və onun havadarlarına öz mövqeyini açıq və sərt şəkildə bəyan etməkdədir.
Prezident İlham Əliyev 2020-ci ilin iyunun 3-də Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışı zamanı bildirmişdir ki, “Ermənistanın keçirdiyi saxta prezident və parlament seçkiləri bir şoudur. Bir çox təşkilatlar bu seçkiləri qınasa da Avropa Şurası bu məsələyə münasibət bildirmədi, susdu. Çünki Avropa Şurasının əsas hədəflərindən biri məhz Azərbaycanı ləkələməkdən ibarətdir.”
Əlbəttə ki, özlərini dünaynın ən humanist, hüquqi dövləti hesab edən bəzi Avropa dövlətlərində dövlət-vətəndaş, polis-vətəndaş münasibətlərinə baxdıqda zorakılıq, anarxiya müşahidə olunur. Özlərini Avropa nümunəsi kimi dünyaya tanıtmağa çalışan dövlətlər əslində hüquqi, siyasi cəhətdən ölkəmizlə müqayisə olunmayacaq səviyyədədilər.
Amerika kimi bir ölkədə insanlar arasında irqi ayrı-seçkiliyin qoyulması, qaradərililərə qarşı polisin vəhşicəsinə rəftarı bir dövlətin iqtisadi və siyasi gücünün nə qədər güclü olmasından asılı olmayaraq o dövlətin təməlinin hər zaman zəif olduğunu göstərir.
Ölkəmizdə xalqın mənafeyinin hər şeydən üstün tutulması, ölkə prezidenti cənab İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın vətəndaşlarla səmimi münasibəti dövlət-vətəndaş münasibətindəki həmrəyliyin bir nümunəsidir. Xalq da hər zaman öz liderinə inam və etimad nümayiş etdirir.Ümummilli liderin söylədiyi kimi “Ölkəmizdə xalq dövlət üçün yox,dövlət xalq üçün çalışır.”
Dövlətimizin güclənməsi, hərbi, siyasi, iqtisadi gücünün artması, heç bir dövlətin boyunduruğunu qəbul etməməsi əlbəttə ki, Avropa Şurasını, bəzi anti-Azərbaycan qüvvələrini narahat etməkdədir. Ölkəmizin sülh, davamlı və dayanıqlı inkişaf şəraitində yaşaması, son 10 il ərzində dünyanın mötəbər beynəlxaq yarışlarına, oyunlarına, festivallarına ev sahibliyi etməsi bütün dünaynın diqqətini ölkəmizə yönəltmişdir.
Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının və mayın 4-də Qoşulmama Hərəkatının fövqəladə zirvə görüşlərinin keçirilməsi , bu zirvə görüşlərinin pandemiyaya həsr olunması dünya miqyasında, türk xalqları tarixində bir ilk oldu. Qoşulmama Hərəkatının zirvə görüşündə dünyanın dörd bir yanından 40-dan çox ölkənin dövlət və hökümət başçıları və xarici işlər nazirlərinin iştirak ediblər ki, bu da bir daha ölkəmizə və Prezidentimizə olan inamın, etibarın və etimadın göstəricisidir.
Tarix boyu ölkəmiz istər müstəqilliyinin qazanılmasında, istər ərazi bütövlüyün qorunmasında böyük sınaqlardan keçmişdir. Ölkəmizin gücünün artması, türk dövlətlərinin daim həmrəy olması istər dünən, istər bu gün bəzi dövlətləri qorxutmaqdadır.
Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu islahatları, vaxtında qəbul etdiyi qərarları, qətiyyətli mövqeyi onu deməyə əsas verir ki, heç bir qüvvə ölkəmizin nüfuzunu sarsıda bilməz. Çünki dövlərimiz Ulu öndər ideologiyası və onun qoyduğu siyasi xətt üzrə uğurla idarə olunmaqda və inkişaf etməkdədir.