Azərbaycanda daha bir məmur koronavirusdan — Vəfat etdi

Azərbaycanda daha bir məmur koronavirusdan — Vəfat etdi


“Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.
“Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.

Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
O.Musayev dünən gecə həyatını itirib.

“Azərişıq” ASC ASC-nin mətbuat xidmətindən isə bildirilib ki, Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayevin hansı səbəbdən vəfat etməsinə dair onlarda rəsmi məlumat yoxdur.

Qeyd  edək ki, bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.(Oxu.az)
Şou Biznes