1 il boyu bütün analiz, müayinə və müalicələrdən keç. Bakıda yeni klinika fəaliyyətə başlayıb. Azərbaycanda ilk dəfə pasiyentin il ərzində bir fiks qiymətə limitsiz müayinə və müalicələrdən istifadə edə biləcəyi fərqli klinika açılıb. Mayomed Klinikasında hər kəs özünə tibbi kart - “My med card” açdırmaq və cəmi 299 manat birdəfəlik ödəniş ödəməklə 1 il limitsiz, həkimlərin təyinatı ilə sağlıq problemlərini həll etmək, bütün müayinə və analizlərdən keçə bilmək imkanı qazanır. Hər bir kəs ilboyu müxtəlif həkim və klinikalarda cəmi 1-2 probleminin həlli üçün bu məbləğdən qat-qat çox vəsait xərcləyir. “Mayomed” sağlamlığının qayğısına daha münasib qiymətə qalmaq istəyən, əhalinin xüsusilə orta imkanlı və az imkanlı təbəqəsi üçün gözəl fürsət yaradır. Artıq hansı analiz neçəyədir, pulum çatacaqmı, bu gün imkanım yoxdur deyib yarımçıq müayinə olunmayacaqsız. Klinikanın fizioterapiya şöbəsində həm uşaqlara, həm böyüklərə müasir, dəyərli aparat və cihazlar, metodlarla yüksək səviyyədə müalicə təqdim olunur.
Xüsusi və ixtisaslaşdırılmış Diaqnostika və Müalicə mərkəzində şöbələr və xidmətlər aşağıdakılardı: -Rentgen, bütün orqanların USM , Doppler EXQ, EXQ, EEQ Fizioterapiya şöbəsi Müasir laboratoriyada: bütün növ biokimyəvi, mikrobioloji, hormonal, hematoloji, immunoloji, seroloji analizlər və sair.
Klinikada 22 ixtisaslaşmış həkim fəaliyyət göstərir:
LOR Allerqoloq Travmatoloq –ortoped Uroloq Kardioloq Terapevt Fizioterapevt Ginekoloq Nevropatoloq Dermatoloq Revmatoloq Ümumi cərrah Oftalmoloq Endokrinoloq Pediatr Psixoloq Psixiatr.
“Mayomed” klinikasında siz də tibbi kart açdırın və il boyu ürəyiniz rahat, sağlamlığınız əmin əllərdə olsun.
Mayomed klinikasının ünvanı: Əhməd Rəcəbli küçəsi 207,Bakı, Nərimanov, Az1075