Azərbaycanda bu bölgələrdə həftəsonu karantin rejimi daha sərtləşdirilə bilər — AÇIQLAMA
- 16.06.2020, 14:33,
- Cəmiyyət
- Baxılıb: 207
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz ötən gün Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Qeyd edək ki, 2 həftədir ki, istirahət günləri və bayram günü insanların çölə çıxmasına qadağa qoyulub. Sərt karantin günlərini evdə keçirmək istəməyən şəxslər bölgələrə üz tutub. Əlbəttə, bu da ölkə ərazisində koronavirusun geniş yayılma riskini artırır. Bu həftə bölgələrdə də insanların çölə çıxmasına qadağa qoyula bilərmi?
Bununla bağlı deputat Cavid Osmanov bildirib ki, 2 həftədir ki, ölkə ərazisində gündəlik koronavirusa yoluxanların sayı artdığına görə Operativ Qərargah tərəfindən ümumilikdə bir sıra tədbirlər müəyyənləşərək həyata keçirilmişdi. Əlbəttə həmin tədbirlər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğunlaşdırılıb. İki həftədədir ki, tədbiq edilən sərt karantin rejimi bu virusun daha çox yayıldığı bir sıra rayon və şəhərlərdə tədbiq edilir. Keçən həftə şənbə bazar günü 5, bu həftə isə bazar və bazar ertəsi günü 9 rayon və şəhərdə insanların çölə çıxmasına qadağa qoyuldu. Amma çox təəssüf ki, hələ də sosial məsuliyyətini dərk etməyən vətəndaşlarımız var. Bütün dünyada, eləcə də Azərbaycanda bu xəstəliklə bağlı geniş maarifləndirmə işləri aparılır. Bu qədər maarifləndirməyə baxmayaraq hələ də sosial məsuliyyətini dərk etməyən insanlarımız iki günlük təyin olunan sərt karantin günlərində qurulan postları digər yollarla keçərək bölgələrə üz tutublar. Təbii ki, bu çox riskli və təhlükəli addımlardır. Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxslərin bəziləri müəyyən edilib, inzibati məsuliyyətə cəlb olunublar. Əlbəttə bu xoşa gəlməz mənzərədir. Çünki o şəxslər həm özlərini həm də yaxınlarını təhlükə altəna atmış olurlar. Bu cür addımlarla bu virusun yayılma çoğrafiyası daha da artırıla bilər. Əvvəl 5 idisə bu gün isə 9 rayon və şəhərdə sərt karantin rejimi tədbiq edildi. Bu da o deməkdir ki, bu virusun yayılma coğrafiyası daha da genişlənib. Sosial məsuliyyətini dərk etməyən insanlarımız anlamalıdır ki, onlar bu addımları ilə həm də başqa insanların həyatını təhlükəyə atırlar. Həm də bu işə cəlb olunan polislərin, hərbişilərin və həkimlərin zəhmətini heç etmiş olurlar. Gələcəkdə virusun yayılma coğrafiyası artarsa bölgələrdə də sərt karantin rejimi tədbiq edilə bilər"./sonxeber.az