Koronavirus pandemiyası ilə əlaqədar ikigünlük sərt karantin rejimi tətbiq olunduğundan Bakı küçələri tamamilə bomboş qalıb. Qafqazinfo xəbər verir ki, adi günlərdən fərqli olaraq, indi paytaxt küçələrində insana tək-tük halda rast gəlmək olur. Onlar da ya müvafiq icazəsi olanlar, ya da itlərini gəzdirmək üçün küçəyə çıxanlardır.