“Sədərək”də mağazası yanan sahibkar: “Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk” – VİDEO
- 18.02.2020, 11:20,
- Cəmiyyət
- Baxılıb: 435
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün “Sədərək” ticarət mərkəzində baş verən yanğın zamanı 60 mağazaya ziyan dəyib.
Hadisə zamanı zərər görən mağaza sahiblərindən biri sığortalarının olmadığını bildirib:
“Nə sığorta? Bazarda sığorta var? Ancaq yer pulu veririk”.
Mağaza sahibləri deyir ki, yanğın ilk olaraq dəri satılan mağazadan başlayıb, sonra parça satılan mağazaya keçib.
“300-400 top parça olan mağaza yanıb. Parçaların bir topu 150-200 manatdır. Ən az dəyən zərər 100 min manatdır”.
Qeyd edək ki, yanğın 900-1000 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğın söndürülüb. (oxu.az)
<embed src='https://player.baku.tv/embed/14574' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen></embed>