İyunda 190 manat veriləcək? — RƏSMİ

İyunda 190 manat veriləcək? — RƏSMİ


İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov deyib.

O bildirib ki, karantin rejminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir:

“İnsanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk. Bəzi hallarda vətəndaşlar özləri haqqında olan məlumatlardan məlumatsız idilər. Məsələn, insanlar var idi, boşanıb, lakin şəxsiyyət vəsiqəsini dəyişməyib,. Aktiv VÖEN-i olub, amma onu bağlatmayıb. Maşını olub, satıb, adından çıxarmayıb. Bu, şəxslərin data məlumatları düzəlsə də, lakin onlara yenidən 190 manat verilməyəcək. Çünki birdəfəlik ödənişin olduğu 600 min şəxsə artıq bütün ödənişlər edilib”.

F.Talıbov, həmçinin qeyd edib ki, may ayında 3 mindən çox vətəndaş əmək müqaviləsi bağlayıb. Əmək müqaviləsi bağlayarkən həmin şəxslərin işsiz statusu ləğv edilir və 190 manat almır. Vətəndaş 190 manat almaqdansa, daha çox işləmək marağındadır”.
Şou Biznes