"Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur — RƏSMİ
- 29.05.2020, 19:56,
- Cəmiyyət
- Baxılıb: 344
Facebook
Вконтакте
Одноклассники
Google+
31 may 2020-ci il saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib.
Nazirlər Kabineti yanında Operativ Qərargah xəbər verir ki, ölkə ərazisində "Binə" və "Sədərək" kimi iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla).