Azərbaycanda bu sığorta şirkəti ləğv edildi — SON DƏQİQƏ!
- 19.05.2020, 13:43,
- Cəmiyyət
- Baxılıb: 216
Facebook
Вконтакте
Одноклассники
Google+
ASC “Standard Insurance” Sığorta Şirkətinin fəaliyyəti dayandırılıb.
Azərbaycan Respublikasının Mərkəzi Bankından verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilmiş, Şirkətə müvəqqəti inzibatçı təyin edilmiş, habelə Şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir.
Qanunvericiliyə uyğun olaraq ASC “Standard Insurance” Sığorta Şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılmış və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilmişdir.
ASC “Standard Insurance” Sığorta Şirkətinin maliyyə vəziyyəti uzun müddətdir ki, pisləşmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank sığorta sektorunun maliyyə vəziyyətinin qiymətləndirilməsinə başlamışdır. Qiymətləndirmə çərçivəsində Şirkətin məcmu kapitalı tələb olunan səviyyədən xeyli aşağı olduğu müəyyən edilmiş və kapitalın tam bərpası üçün Şirkətin rəhbərliyi ilə müzakirələr aparılmışdır. Lakin, səhmdarlar tərəfindən Şirkətin kapitalının tam bərpası üçün konkret plan təqdim edilməmişdir. ASC “Standard Insurance” Sığorta Şirkətinin səmərəlilik göstəriciləri də xeyli aşağıdır və Şirkət son iki ili zərərlə başa vurmuşdur.
Şirkətin bazar davranışları, xüsusilə isteklakçıların hüquqlarının müdafiəsi sahəsində olan problemləri barədə onun rəhbərliyi qarşısında dəfələrlə məsələ qaldırılmışdır. Şirkətin üzləşdiyi xroniki likvidlik problemi sığorta hadisələrinin tənzimlənməsində ciddi yubanmalara, nəticədə sığorta xidmətləri üzrə istehlakçıların narazılığının artmasına gətirib çıxarmışdır.
Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlmişdir.