Karantindən sonra restoranlarda qiymətlər bahalaşacaqmı? — VİDEO

Karantindən sonra restoranlarda qiymətlər bahalaşacaqmı? — VİDEO


Karantın müddəti may ayının 31-nə kimi uzadılsa da, bu, qarşıdakı günlərdə növbəti yumşaldılmanın olması ehtimalını inkar etmir.
Sırada isə bu yumşaldılmanın onlara şamil olunmasını səbirsizliklə gözləyən restoran sahibləri var. Hansı ki, yerində xidmət üçün səbirsizlənsələr də, həm də təlaşlıdırlar. Deyirlər, biz də istəyirik qoyulan qaydalara riayət edək. Amma onsuz da geridə qoyduğumuz bu müddətdə xeyli itkilərimiz olub. Etməyə məcbur olduğumuz yeni qaydalar isə bizə əlavə xərc deməkdir.

“Bu müddət bizim üçün xeyli ağır oldu. İşçilərimizin yarısını evə göndərdik. Yarısı isə onlayn çatdırma işi ilə məşğul oldu. Bu sahə elədir ki, gərək işçiyə gündəlik maaş verəsən”, – deyə sahibkar vəziyyəti izah edir.
Mövcud vəziyyətdən çıxış kimi isə sahibkarın da ağlına gələn ilk variant qiymətlərin qaldırılmasıdır. Restoranlar və oteller asossiasiyanın sədri Samir Dübəndi deyir ki, əgər tibbi ləvazimatlar, dezinfeksiyaedici maddələr dövlət yaxud hər hansı mərkəz tərəfindən restoranlara verilsə, bahalaşmanın qarşısını almaq olar:

“Ancaq real vəziyyətdə belə, pandemiyanın fəsadlarına tab gətirməyib müflis olmuş obyektlər var və vəziyyət təəssüf ki, pandemiyadan sonra da davam edəcək. Hər halda indi sahibkarların pul qazanması onlara bir az daha baha başa gələcək. Pandemiya isə zəifləri sıradan çıxaracaq. Ancaq söhbət insan sağlamlığından gedirsə, təlabata cavab verməyən restoran elə xidmət göstərməsə, yaxşıdır”.
Şou Biznes