Masallı rayonunda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, göstərişlərindən irəli gələn vəzifələrin icrası istiqamətində son vaxtlar daha intensiv və çevik tədbirlər həyata keçirilir - ÖZƏL


Ölkə Prezidentinin sərəncamı ilə Masallı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Şahin Məmmədovun Masallıya gəlişindən sonra, Masallı əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Masallıya inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkə rəhbərinin tapşırıqlarına əsasən rayon ərazisində iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühütünün formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbüt şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlər görülür.


Masallı rayonunda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, göstərişlərindən irəli gələn vəzifələrin icrası istiqamətində son vaxtlar daha intensiv və çevik tədbirlər həyata keçirilərək bütün neqativ hallara, o cümlədən, korrupsiya, rüşvətxorluq, süni qiymət artımı, vergidən yayınma, məmur özbaşınalığı, bir sözlə ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan bütün xoşagəlməz hallara qarşı məqsədyönlü tədbirlər  daha da gücləndirilmiş, hüquqpozma hallarının baş verməməsi üçün profilaktiki tədbirlərin miqyası genişləndirilmişdir.
Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılmış dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatlarının 2019-cu ilin sonlarına doğru daha geniş vüsət aldığı və 2020-ci ildə də intensiv şəkildə davam etdirildiyi bir şəraitdə rayon İcra Hakimiyyəti dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı geniş əhali qruplarını narazı salmağa yönəlmiş neqativ halların təkrarlanmaması üçün bütün qüvvələri səfərbər etmişdir. Ölkə başçısının açıq çağırışlarına və xəbərdarlıqlarına məhəl qoymayan, ifşa olunmuş yüksək vəzifəli məmurların aqibətindən nəticə çıxarmayan, aparılan islahatların mənasını dərindən dərk etməyən bəzi dövlət qulluqçularını üzə çıxarıb ifşa etmək istiqamətində təsirli tədbirlər görülmüşdür. Bir sıra rayonların icra başçılarının və onların əlaltıları olan vəzifəli şəxslərinin, Mədəniyyət Nazirliyinin yüksək çinli məmurlarının öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafeylərinə zərər vurmaları və belə üzdəniraq vəzifə sahiblərinin həbs olunmaları  hiddətlə qarşılanaraq ən kəskin tərzdə etirazlar yaratmışdır.
Masallı rayon İcra Hakimiyyəti  tabeliyində olan ərazi icra nümayəndəliklərində və təşkilatlarda belə xoşagəlməz halların baş verməməsi üçün ötən 2 ay müddətində ciddi maarifləndirmə və qabaqlayıcı tədbirlər həyata keçirmiş, 2019-cu ilin yekunlarına dair 2020-ci ilin fevral ayında keçirilən hesabat yığıncağında ölkədə həyata keçirilən quruculuq işlərinə kölgə salan belə neqativ halların qətiyyətlə pislənilərək Azərbaycan Prezidentinin bu istiqamətdə qətiyyətli siyasətinə rayon ictimaiyyətinin elliklə dəstəyi nümayiş  etdirilmişdir.
Ölkə başçısının tapşırıqlarına uyğun olaraq işsiz və aztəminatlı vətəndaşlar üçün həyata keçirilən güclü sosial müdafiə tədbirlərinə uyğun olaraq rayonda ictimai işlərə imkansız və işsiz vətəndaşların cəlb olunması, vətəndaşlara pensiya və sosial müavinətlərin təyin olunması, əmək qabiliyyətini itirmiş şəxslər barədə əlilliyin müəyyən edilməsi, müxtəlif təyinatlı yardımlara ehtiyacı olan ailələrin müəyyən edilərək dəstəklənməsi sayəsində aidiyyəti qurum rəhbərlərinə, ərazi icra nümayəndəliklərinə ciddi tapşırıqlar verilmiş və nəzarəti təmin etmək üçün şəlahiyyətli şəxslərdən ibarət tərkibdə komissiyalar yaradılaraq fəaliyyəti tənzimlənmişdir. Bu komissiyaların gördüyü işlər müntəzəm dinlənilmiş, hesabatlar müzakirə olunmuş, yol verilmiş nöqsanların aradan qaldırılması üçün müntəzəm olaraq, xüsusən karantin rejimi dövründə onlayın selektr müşavirələr keçirilmiş, eyni zamanda izahat işləri aparılmışdır.  Aprel 2020-ci il tarixdə 200 nəfərdən artıq işaxtaran vətəndaşın ictimai işlərə cəlb olunması, müxtəlif xətlərlə 3000 nəfərə yaxın imkansız və güzəştli qrupdan olan ailəyə yardımların verilməsində  şəffaflıq, ünvanlılıq, hər bir payın öz sahibinə çatdırılması təmin olunmuşdur.








Şou Biznes