Vətəndaşların gediş-gəlişində yaranan problemlərin aradan qaldırılması istiqamətində Xırdalan rayonunda yollar təmir edilir
- 11.05.2020, 13:48,
- Cəmiyyət / Gündəm
- Baxılıb: 532
Facebook
Вконтакте
Одноклассники
Google+
Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.
Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Xırdalan rayonunun ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazisində kompleks tədbirlərin icrası davam etdirilir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xırdalan rayon yol istismar idarəsinin rəisi Nəriman müəllimdir. Xırdalan rayon yol istismar idarəsinin rəisi Nəriman müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Nəriman müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Nəriman müəllim ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Nəriman müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Nəriman müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Nəriman müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xırdalan rayon yol istismar idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Nəriman müəllim özünü doğruldub. Bizdə hörmətli Nəriman müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Xırdalan rayon yol istismar idarəsinin rəisi Nəriman müəllim - Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra həyatın bütün sahələrində olduğu kimi, nəqliyyat-yol sektorunun fəaliyyətində də tənəzzülə son qoyuldu. Ulu öndərin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri də məhz yol təsərrüfatının inkişafına göstərilən diqqət və qayğının parlaq təzahürü idi.
Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, nəqliyyat-yol kompleksi, eləcə də yol təsərrüfatının sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ötən illərdə ölkəmizin bütün regionlarında, həmçinin paytaxt Bakıda bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaratmışdır. Məhz bunun nəticəsidir ki, son illər ölkəmizin yol infrastrukturu xeyli dəyişmiş, bu sahənin hərtərəfli inkişafı üçün çox böyük işlər görülmüşdür.
Bir sözlə, bütün bunlar onu göstərir ki, zəngin potensiala mailk olan Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində qazanılan nailiyyətlərin sırasında bu sahənin inkişafı önəmli yer tutur. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq”, – deyən ölkə başçısı İlham Əliyev ötən illərdə avtomobil yollarının, yol qurğularının açılışı ilə bağlı çoxsaylı mərasimlərdə iştirakı zamanı bu sahəhin inkişafı üçün öz dəyərli tapşırıq və tövsiyələrini verib. Dövlət başçısının 20 fevral 2008-ci il tarixli sərəncamı ilə fevralın 22-nin Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramı günü kimi təsis edilməsi taleyini bu vacib və gərəkli sahəyə bağlamış insanların zəhmətinə verilən dəyərin bariz ifadəsidir. Yol təsərrüfatı işçiləri də ölkə rəhbərinin sonsuz diqqət və qayğısına cavab olaraq ölkəmizin avtomobil yolları şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm və məqsədyönlü tədbirlərin həyata keçirilməsində bundan sonra da fəal iştirak edəcəklər.